İlham Əliyev İtaliya Prezidentini təbrik edib


Siyasət 02 İyn 2025 11:08:00 102 0

İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

2 İyun - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır.

Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.

Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.

Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik.

Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".

Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR like
  • 02 İyn 11:03  
Digərləri Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR

Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

arrow Ətraflı
Xəbərdarlığa məhəl qoymayıb küçəyə çıxdılar  Ağacdan sallanan qız ölümdən döndü like
  • 02 İyn 10:58  
Dünya Xəbərdarlığa məhəl qoymayıb küçəyə çıxdılar Ağacdan sallanan qız ölümdən döndü

Çinin şimal bölgələri son onilliklərin ən güclü küləklərinin təsiri

arrow Ətraflı
Maşın bazarında son vəziyyət: Daha bu maşınlara tələbat yoxdur like
  • 02 İyn 10:40  
Digərləri Maşın bazarında son vəziyyət: Daha bu maşınlara tələbat yoxdur

Yayın gəlişi ilə avtomobil bazarında hər il müəyyən dinamika müşahid�

arrow Ətraflı
Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir like
  • 02 İyn 10:30  
Siyasət Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir

Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz öl

arrow Ətraflı
Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir like
  • 02 İyn 10:19  
Siyasət Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir, iqtisadiyyatımız inkişa

arrow Ətraflı
Qızı döyüb üzr videosunu çəkdilər  VİDEO  FOTO like
  • 02 İyn 10:15  
Digərləri Qızı döyüb üzr videosunu çəkdilər VİDEO FOTO

Antalyada iki qız bir gənc qızı döyüb üzr istətdirib, görüntüləri so

arrow Ətraflı
Prezident İlham Əliyev: “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi like
  • 02 İyn 10:09  
Siyasət Prezident İlham Əliyev: “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi

Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və h�

arrow Ətraflı
Səmada DƏHŞƏTLİ ANLAR  Sərnişin təyyarəsinin mühərrik qapağı qopdu like
  • 02 İyn 10:06  
Dünya Səmada DƏHŞƏTLİ ANLAR Sərnişin təyyarəsinin mühərrik qapağı qopdu

Tayvanda daxili reys zamanı təyyarənin mühərrikini örtən panel havada qop

arrow Ətraflı
Metroda həyəcanlı anlar  Gənc qadın qatarın qapısında sıxılıb qaldı like
  • 02 İyn 09:54  
Dünya Metroda həyəcanlı anlar Gənc qadın qatarın qapısında sıxılıb qaldı

Çinin mərkəzi Hubei əyalətində maraqlı və təhlükəli hadisə baş veri

arrow Ətraflı
32 yaşlı müəllim vəfat etdi like
  • 02 İyn 09:50  
Digərləri 32 yaşlı müəllim vəfat etdi

Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllim

arrow Ətraflı
Zaur bu yaşından sonra aparıcılıq etməyəcək like
  • 02 İyn 09:44  
Şou-biznes Zaur bu yaşından sonra aparıcılıq etməyəcək

Tele-aparıcı Zaur Nəbioğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

arrow Ətraflı
Prezident Bakı Ekspo Mərkəzində keçirilən forumun rəsmi açılış mərasimində çıxış edib like
  • 02 İyn 09:35  
Siyasət Prezident Bakı Ekspo Mərkəzində keçirilən forumun rəsmi açılış mərasimində çıxış edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək like
  • 02 İyn 09:33  
Dünya Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək

Rusiya artıq məhv edilmiş və ya zədələnmiş strateji bombardmançı və r

arrow Ətraflı
Valyuta bazarında "silkələnmə"  Avro gücləndi, rubl düşdü, dollar isə... like
  • 02 İyn 09:21  
Digərləri Valyuta bazarında "silkələnmə" Avro gücləndi, rubl düşdü, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı