Xəbərdarlıq: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq Səbəb
Digərləri 17 May 2025 18:55:00 69 0
Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur. Bu da əvvəlki aylardakı qiymətlərlə eynidir. Mövsümə baxmayaraq, qiymətlərin sabit qalması, endirimin olmaması ciddi suallar doğurur.
Bu xəbəri də oxu: “Məni görəndən sonra atamın ayaqları açıldı” 9 ay sonra tapılan Kənan
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sözügedən problemin səbəblərini sadaladı. O, hesab edir ki, qiymətlərin sabit qalmasında əsas səbəblər dəyişkən hava şəraiti və istehsalın az olmasıdır:
"Bu dövrdə Azərbaycanda kartofun qiyməti enməli idi. Çünki bu müddət yeni kartofun bazara çıxması ilə səciyyələnir. Lakin ardıcıl yağan yağışlar və soyuq hava şəraiti kartof yığımını ləngidir. Nəticədə, faraş kartof bazara kütləvi şəkildə çıxarıla bilmir.
Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il kartof istehsalında ciddi azalma müşahidə olunur. Məsələn, 2023-cü ildə kartof istehsalının əsas mərkəzlərindən biri olan Cəlilabad rayonunda 60 min hektar sahədə kartof əkilmişdi. 2024-cü ildə bu rəqəm 30 min hektara düşüb. Bu il isə kartof əkini təxminən 20-25 min hektar arasında qərarlaşıb. Beləliklə, həm istehsalın azalması, həm də əlverişsiz hava şəraitinin yığıma təsiri qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub".
Ekspert qeyd etdi ki, qiymətin enib-enməməsi hava şəraitindən asılı olacaq, lakin yenidən bazarda ötənilki qiymətləri müşahidə etməyəcəyik:
"Sahibkarlar xaricdən gətirilən kartofu yalnız kiçik partiyalarla idxal edirlər. Bu, bazarda qiymətlərin kəskin şəkildə enməsi halında ziyana düşməmək üçün atılan addımdır. Ölkədə 2023-cü ildən qalan kartof ehtiyatı isə artıq mart ayında tükənib. Bu faktorlar da qiymətlərin eyni qalmasına təsir edir.
Azərbaycanda kartof və soğan ən çox tələbat olan məhsullardandır. Lakin bu məhsullar da yerli tələbatı tam şəkildə ödəyə bilmir. Məsələyə diqqət yetirsək görərik ki, ötən il kartof mart ayının sonunda bahalaşmağa başlamışdısa, bu il bahalaşma daha erkən - mart ayının əvvəlində müşahidə olunub. Bu da onu göstərir ki, ölkədə kartof bazarında tələb və təklif arasında balans tam təmin olunmur. Hava şəraitinin yaxşılaşacağı təqdirdə qiymətlərdə enmə müşahidə olunacaq. Lakin yenə də bu qiymətlər keçənilkindən baha olacaq". Son.az
"Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq �

"Bu gün verilişlərə gələn adamların əksəriyyəti həyatın dibind�

Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən "Azerinfo.az

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayo

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir �

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq doğurub.

Bu həftənin sonunda ulduzlar israrlı, dəyişməyə açıq və məsuliyyəti

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirv�

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yolda�

Xəbər veridiyimiz kimi, bir zamanların məşhur "Kamerton" veriliş

TÜRKSOY Baş Katibi Sultan Raev, Azərbaycanının tarixi və mədəniyyəti ba
