Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi
Digərləri 15 May 2025 15:10:00 68 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərim Novruzov Ermənistan ordusunun 1991-ci ilin sentyabr-oktyabr aylarında Ağdərə rayonunun Baş Güneypəyə kəndinə dörd dəfə hücum etdiyini, nəticədə İkinci Dünya müharibəsi iştirakçısı 1910-cu il təvəllüdlü Qoşun Abdullayevi, Həmzə Ələkbərovu və kəndin digər sakinlərini qətlə yetirdiyini deyib.
Bu xəbəri də oxu: Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o bildirib ki, Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumları 1992-ci il martın 12-də baş verib. "Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar bütün kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi. Onlar avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdı. Atam 1992-ci ilin martın 12-də dinc sakinləri qətliamından xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin döyüşdə şəhid oldular. Vitali Balasanyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, lakin onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil", - deyə K.Novruzov bildirib.
O əlavə edib ki, hadisə nəticəsində Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Qumral efirdə müğənni ilə qırğına çıxdı

Bir vaxtlar illik 150 min dollar (təxminən 6 milyon manat) qazanan proqram mü

Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olunub.

ICAO MH17 təyyarəsinin vurulmasına görə Rusiyanı günahkar hesab etdi.

Xəbər verdiyimiz kimi, Azərbaycanda 5 uşaq anası və 5 nəvəsi olan Zari

Fransada fəaliyyət göstərən "Avropada İslamofobiya ilə Mübarizə Ko

Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib.

"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyası başlad

Hazırda kredit müqavilələrinin çoxunda borcun azalmaması ilə bağlı şik

Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərmin

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın

Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi n

Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş &

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
