Məzələnmək 3 Yunus Oğuz yazır


Digərləri 14 May 2025 11:36:55 78 0

Məzələnmək 3 Yunus Oğuz yazır

Yunus Oğuz 

Felyeton

Deyirəm dünya dövlətləri bir-birilə məzələnir, Tramp da onların hamısı ilə. Dövlətlər məzələnə-məzələnə başlara  bombalar yağdırır, sonra da  Amerika prezidenti düşür ortalığa, guya onları sakitləşdirir. Ay xətakar, özün başladırsan, özün də barışdırırsan. Guya xəbərimiz yoxdur.  Amma dövlətlər öz aralarında ciddi rəqabət aparırlar. Elə Hindistan-Pakistan arasındakı ildırım sürətli müharibəni götürək.

O gün bir video nümayiş etdirdilər sosial şəbəkələrdə. Hindistanın xüsusi təyinatlıları dəvə üstündə parad edirdilər. Bunlar hələ də elə bilirlər ki, Bollivudda film çəkirlər. Sizin ayıbınızı min ildi türklər örtürdü. İndi nə oldu? Di gedin...

Müsəlman qardaşlarımız Hindistana necə dərs verdisə, Fransadan Hindistana gətirilən qırıcıların ayaqları göydə qaldı. İndi misyo Makron bu qırıcıları dünyaya necə satacaq? Ermənistan da gör kimə arxayındır? Ermənilər xoruzu özünə simvol edən fransız bacılarına o qədər arxayın idilər ki, dal-dala gedib Rusiyanın qucağına təzədən düşdülər. Bacılıq belə olar, e....

Amma Putinin də işi məzələnməkdən keçib.., vəziyyət amerakancadır, yankilər onu getdikcə mərəyə gətirib çıxılmaz calaya salırlar, necə ki, Zelenskinin başına bunu gətirdilər.

Öz-özümə deyirəm ki, Mirzə, sənə lazımdır dünya siyasətində bir-birilə məzələnənləri axtarıb tapasan, onlara vedrə qoşasan? Gör özümüzdə nə qədər məzələnənlər var?  O qədər məzə yazıları göndərirlər ki, mənim kimi ciddi qələm adamı az qalıram işdə də hamı ilə məzələnim, az qalır...

O gün saytlarda oxuyuram ki, kənd təsərrüfatında çalışan əməkdaşlarımız  Somalidə günün altında qaralan qarabala qardaşları ilə qarşılıqlı yardım haqqında müqavilə bağlayıblar. Gülməkdən özümü güclə saxlayıb, əlimi ağzıma tutub pıqqapıq elədim. Rəhmətliyin uşaqları, Somalidə üç ildir yağlş yağmır, e... Quyudan qırmızı su çıxardıb içirlər. Onlara  nə yardım edəcəksiniz? Özümüzü bir günə çıxartdınız, qaldı Somali. Kənd təsərrüfatı məhsullarının ixracını  dayandırıb idxala  keçmisiniz.  Ay, hay... Xaricdən gətirilən genetik modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir, hətta Türkmənistandan "xəstə" pomidorlar gətirirlər. Nə isə, təsərrüfatın başbilənləri Somaliyə gedib-gəlməyi yaxşı bilərlər, deməli  ortada "otkat" məsələsi  var.

Deməli Qələbə dairəsindən İnşaatçılara gedən yolda metroya çıxmaq üçün əngəlli adamların arabaları üçün qəşəng xüsusi yol çəkilib, amma pilləkənlarə qədər, yolçəkən  dadaşlar bura çatanda arabalarla məzələniblər. Burada araba yolu qurtarır. Bəs, bu binəvalar iyirmiyə yaxın pilləkəni necə çıxsınlar, arabanı buraxıb sürünə-sürünə? Yəqin dadaşlar elə bilirlər ki, onlar yeriyə bilərlər, zəhmət çəkib qalxsınlar.

Hələ buna bir bax. Bu yaxınlarda Qazaxıstanda görmə əngəlliyi olan cudoçuların Dünya çempionatı keçirilib. Azərbaycandan da iki cudoçumuz uğurla çıxış edib. Yarış vaxtı məlum olub ki, bunların heç bir görmə əngəlliyi yoxdur. Sadəcə olaraq dünya çempionatı ilə məzələniblər. Federasiya da bunlarla məzələndi; ömürlük qırmızı kart. Uşaqlarda fərasətə bax... e.

Ləzzətli məzələnmə məişət səviyyəsində olur.

Biri toyda qəşəng vurur, açarı itirir. Dostları bununla  məzələnib "təkər"ə salırlar. Deyirlər ki, çox içkilisən "ayıq sürücü" çağır və telefonun nömrəsini verirlər. Bu da eləmə tənbəllik "ayıq sürücü" çağırır. Dostları da arxadan onu izləyirlər. "Ayıq sürücü" nə illah eləyir maşın parkında onun maşınını tapa bilmir. Axırda kişinin əlindən telefonu alıb ev nömrəsini tapıb zəng edir. Dəstəyi arvadı götürür. "Ayıq sürücü" deyir:

-Bacı, ərin piyandı, maşını tanımır. Siz maşının nömrəsini deyin, onu gətirim evə.

Qadının başına elə bil od ələnir. Hirslə deyir:

-Onun boyunu yerə soxum, onun maşını var ki, sürüb gətirəsən? - hirslə telefonu qapadır. Dostlar da kənardan baxıb hırıldaşırdılar. Nə isə, bu sərxoşu maşına qoyub gətirirlər evə. Kişi də pallı-paltarlı atır özünü çarpayının üstünə, başlayır xoruldamağa.

Gecənin bir yarısında arvad kişini silkələyib oyadır. Kişi yarıyuxulu soruşur:

-Yenə nə olub?

Arvad onun üstünə yeriyir:

-Zəhrimar olub, de görüm Nadejda kimdir? Bayaqdan onun adını çəkib sayıqlayırsan.

Kişi başa düşür ki, zibilə düşüb, onunla məzələnir:

-Arvad,  yuxuda gördüm ki, Leninəm. Əgər mən o dahi rəhbərəmsə, kimin adın çəkməliyəm, əlbəttə Nadejdanın.

Ər-arvad bərk dalaşırlar. Arvadın dığ-dığından bezən ər ayağa durur, pencəyini və  adaptorunu  götürüb deyir:

-Bir halda ki, sən məni Lenin, özünü də Nadejda kimi qəbul etmirsən, onda gedirəm sənin ən eybəcər rəfiqənin yanına. - Qapını çırpıb çıxıb gedir.

Yarım saatdan sonra arvadın əsəbi keçir, rəfiqəsinə zəng edir:

-Ərimlə bərk dalaşdıq. Dedi ki, mənim acığıma ən eybəcər rəfiqəmin yanına gedir. O sənin yanında deyil?

Görürsən, dostları onunla məzələnir, o arvadı ilə, arvad rəfiqəsilə. Axırda barışırlar, həyat axarına düşür. Kişi evə qayıdandan sonra arvadı soruşur ki, bəs adaptoru niyə götürmüşdün? Kişi də cavab verir ki, əvvəllər kişi evdən çıxanda papağı götürərdi. İndi isə ən vacibi adaptordu.

Bir gün bir tanışım məndən soruşur:

-Mirzə, sən bilərsən, Bakıda niyə əsas xəstəxanaların çoxu Nəsimi rayonundadır?

Düşünmədən cavab verdim:

-Çünki xəstələr bilməlidirlər ki, onları nə gözləyir.

Qayıtdı:

-Demə, Mirzə, demə. O gün getmişdim həkimə, müayinədən öncə dərdimi danışdım. Həkim bir qədər fikirləşib cavab verdi ki, səndə "P" vitamini çatmır. Soruşdum ki, o nə vitamindir? Sən demə pul imiş. Nə isə dedim həkim, kürəyimin yuxarı hissəsi çox pis ağrıyır, nədən ola bilər? Həkim sual verdi ki, içki, siqaret çəkirsən? Dedim yox. Xəyanət edirsən? Dedim yox. Həkim başladı mənimlə məzələnməyə. Dedi ki, sən bir mələksən qanadların çıxır. Səndə heç zad yoxdur. Başa düşdüm ki, "P" vitamini məndən qaçaq düşüb.

Belə-belə işlər. İndi hamı məzələnməklə işini yola verir, hətta məktəbli də. İnanmırsız di oxuyun.

Müəllim tarix dərsində şagirddən soruşur:    

-Hüseyn, dur Nadir Şah haqqında danış, görüm dərsə hazırsan.

Nə hazırlıq, uşaq əlinə kitabı götürəndə onu yuxu basır, elə bil yuxu dərmanı içib, amma özünü itirmir, cavab verir:

-Müəllim, mən ölülərin arxasınca danışmıram.

Fərasətə bax, e... çox qabağa, ya da uzağa gedəcək.

Madam ki, ölülərdən söhbət açıldı, başıma gələn birini də danışım.

Yas yerindəyəm. Hamı sakit yemək yeyir. Gələn taqqıltı qab-qacağın səsidir. Doxsan yaşlı tanışımın yanında oturmuşam. Çadırda arada yalnız bir nəfərin səsi gəlir:

-Ay qaa, ə... ə... aş gətir, qara gətir, çörək qurtardı.

Yanımdakı ağsaqqal qulağıma pıçıldadı:

-Mirzə, doxsan yaşım var, yaşamaqdan bezmişəm, amma sırf bu qurumsaq, əclaf gəlib yeyib-içməsin deyə ölmürəm. Gəlib qarnını otarıb gedir. Bir ara yeməyi yığışdırmışdılar. Ölü yiyəsi borca düşmürdü. İndi gedib kredit götürür, ölüsünü yola salır, sonradan başlayır banka işləməyə. - Sonra da mollaya baxıb əlavə etdi: - Bu mollanı görürsən sovetin vaxtından işini taraz tutub. Bunun işi dirilərlə deyil, ölülərlədir. O vaxt ölülərin hesabına bir maşın alıb gedir QAİ-yə. İşçiyə deyir ki, adıma layiq bir nömrə ver. Milis işçisi də bunun dabbaqda gönünə bələdmiş. Götürür buna 37-40 nömrəsini verir. Molla nömrəni görüb sorüşür ki, bu nədir, demədimmi layiqlisini ver. O da qayıdır ki, molla, bundan layiqlisi varmı, 3-ü, 7-si və 40-ı, Allah qəbul eləsin.

İstədim cavab verim, molla fatihə verdi. Yeməkdən sonra mollaya sual verəcəkdim, hadisə də olub. Verilişlərin birində məşhur din xadimi deyir ki, o biri dünyada hər qadın öz ərilə birlikdə olacaq. Tamaşaçı qadınlardan biri soruşur ki,  mən dörd dəfə ərdə olmuşam. İndi mən hansı ilə bərabər olacam o biri dünyada?

Görən bizim molla buna nə cavab verəcəkdi. Amma sualı içimdə saxladım.

Bu da belə. Trampdan başlayıb o biri dünyada qurtardıq. Elə hamının da üzü gec-tez o yanadır.

Di sağ olun! Çalışın məzələnin, amma təkərə düşməyin!

P.S.Mayın  9-da İmişlidə  Ağsaqqallar  Şurasının  sədri  kənddə SSRİ bayrağını  qaldırıb, döşünə "Georgiy" lentini  taxıb dövlətimizlə  məzələnib. Sanki  bununla Moskvaya xəbər göndərmək istəyib ki, "dondurulmuş agentlər" hələ ölməyib. Ay məzən olsun! Səninlə də məzələnən tapılar!.

Kürdəmirdə qadın əməliyyatdan sonra öldü like
  • 14 May 11:30  
Digərləri Kürdəmirdə qadın əməliyyatdan sonra öldü

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb. 

arrow Ətraflı
Kanal Ddə azərbaycanlı bərbərdən xəbər hazırladılar  VİDEO like
  • 14 May 11:22  
Digərləri Kanal Ddə azərbaycanlı bərbərdən xəbər hazırladılar VİDEO

Türkiyənin D kanalı Azərbaycanlıdan sujet hazırlayıb.

arrow Ətraflı
20 faizini xəstələr özləri ödəyəcəklər  VACİB DƏYİŞİKLİK like
  • 14 May 11:16  
Digərləri 20 faizini xəstələr özləri ödəyəcəklər VACİB DƏYİŞİKLİK

Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta çərçivəsində əhaliyə

arrow Ətraflı
İlham Əliyev Paraqvay Prezidentini təbrik edib like
  • 14 May 11:12  
Siyasət İlham Əliyev Paraqvay Prezidentini təbrik edib

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cə

arrow Ətraflı
Dilənçinin üstündən 2 min manatdan çox pul çıxdı  VİDEO like
  • 14 May 11:00  
Digərləri Dilənçinin üstündən 2 min manatdan çox pul çıxdı VİDEO

Dilənçinin üzərindən 2 min manatdan çox pul çıxıb.

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Sabah saat 10:00dan... like
  • 14 May 10:48  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Sabah saat 10:00dan...

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasi

arrow Ətraflı
Sumqayıtda yanğın  sakinlər təxliyə edildi like
  • 14 May 10:41  
Digərləri Sumqayıtda yanğın sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi.

arrow Ətraflı
Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər  VİDEO like
  • 14 May 10:37  
Digərləri Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə k�

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə “Muğam” Televiziya Müsabiqəsi başlayıb like
  • 14 May 10:24  
Kriminal Heydər Əliyev Fondunun dəstəyi ilə “Muğam” Televiziya Müsabiqəsi başlayıb

Heydər Əliyev Fondunun dəstəyi ilə IX "Muğam" Televiziya Müsabi

arrow Ətraflı
Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi like
  • 14 May 10:22  
Digərləri Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.

arrow Ətraflı
Dünyanın ən kasıb prezidenti öldü  FOTO like
  • 14 May 10:17  
Dünya Dünyanın ən kasıb prezidenti öldü FOTO

Təvazökar həyat tərzi ilə bütün dünyada tanınan, Uruqvayın keçmiş pr

arrow Ətraflı
Eşidib ki, inilti səsi gəlir...   18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı like
  • 14 May 10:11  
Digərləri Eşidib ki, inilti səsi gəlir... 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində

arrow Ətraflı
Bakının bu ərazisində yaşayanlar işıqsız qalacaq like
  • 14 May 10:01  
Digərləri Bakının bu ərazisində yaşayanlar işıqsız qalacaq

Bu gün Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elek

arrow Ətraflı
Pianodan Kabinetə: Leyla Quliyeva direktor təyin edildi like
  • 14 May 09:36  
Digərləri Pianodan Kabinetə: Leyla Quliyeva direktor təyin edildi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində

arrow Ətraflı