Bu gün imtahan var


Digərləri 11 May 2025 08:49:00 90 0

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu xəbəri də oxu: Sabunçuda meyit aşkarlandı

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 282 nəfərin iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 11-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Psixologiyamızın altüst olduğunu göstərən əlamətlər like
  • 11 May 08:08  
Digərləri Psixologiyamızın altüst olduğunu göstərən əlamətlər

Psixoloji vəziyyətimizin pozulduğunu göstərən bəzi əlamətlər vardır k

arrow Ətraflı
Səyahət etməyə necə başlayaq? like
  • 11 May 07:07  
Digərləri Səyahət etməyə necə başlayaq?

Səyahətə başlamaq istəyirsinizsə, aşağıdakı addımlar sizə kömək ed

arrow Ətraflı
Bu bürclərin karyerası inanılmaz dərəcədə DƏYİŞƏCƏK like
  • 11 May 06:06  
Digərləri Bu bürclərin karyerası inanılmaz dərəcədə DƏYİŞƏCƏK

Astroloqlar önümüzdəki həftələrdə bürcün üç əlamətinin peşəkar s

arrow Ətraflı
Bu vərdişlər səssizcə beyninizə zərər verir like
  • 11 May 05:05  
Digərləri Bu vərdişlər səssizcə beyninizə zərər verir

Zaman-zaman nəyisə unutmaq adi hal sayıla bilər. Lakin unutqanlıq gündəli

arrow Ətraflı
Dubay şokoladının tərkibində elə gizli maddə var ki... like
  • 11 May 04:04  
Digərləri Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı

arrow Ətraflı
Azərbaycanlı müğənnidən açıqsaçıq FOTOlar like
  • 11 May 03:03  
Şou-biznes Azərbaycanlı müğənnidən açıqsaçıq FOTOlar

Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova kameranın obyektivi qarş

arrow Ətraflı
Faydasını bilən yaşıl soğanın qoxusunu unudar like
  • 11 May 02:02  
Digərləri Faydasını bilən yaşıl soğanın qoxusunu unudar

Mətbəxlərimizin ayrılmaz hissəsi olan yaşıl soğan bəzən kəskin qoxusu

arrow Ətraflı
Gənc oğlanın başına torba keçirdi  QINANDI like
  • 11 May 01:01  
Şou-biznes Gənc oğlanın başına torba keçirdi QINANDI

Müğənni Səidə Sultanın görüntüsü müzakirələrə səbəb olub.

arrow Ətraflı
Az büdcə ilə necə bahalı görünmək olar? like
  • 11 May 00:45  
Digərləri Az büdcə ilə necə bahalı görünmək olar?

Az büdcə ilə bahalı və zövqlü görünmək tam mümkündür - əsas məsə

arrow Ətraflı
Bu içkini rasiondan əskik etməyin: min dərdə dəva  dirilik suyu like
  • 11 May 00:29  
Digərləri Bu içkini rasiondan əskik etməyin: min dərdə dəva dirilik suyu

Şalqam suyu, həm dadı ilə, həm də sağlamlığa olan faydaları ilə tanı

arrow Ətraflı
“Uzak Şehir”də növbəti ayrılıq like
  • 11 May 00:13  
Şou-biznes “Uzak Şehir”də növbəti ayrılıq

"Uzak Şehir" serialında ayrılıq gözlənilir.

arrow Ətraflı
Günün qoroskopu: heç nə səni sarsıda bilməz like
  • 11 May 00:01  
Digərləri Günün qoroskopu: heç nə səni sarsıda bilməz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədəki dəhşətli avtobus qəzasının like
  • 10 May 23:47  
Digərləri Türkiyədəki dəhşətli avtobus qəzasının

Beylikdüzündə baş verən və 1 nəfərin həyatını itirdiyi metrobüs qəz

arrow Ətraflı
Tanınmış kriminal avtoritet saxlanıldı like
  • 10 May 23:35  
Dünya Tanınmış kriminal avtoritet saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkədə "qanuni oğru" kimi

arrow Ətraflı
Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb like
  • 10 May 23:24  
Siyasət Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın

arrow Ətraflı