Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib FOTO


Digərləri 10 May 2025 10:14:00 68 0

Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  FOTO

Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şossesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

"IDEA" könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir Zığ-Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub  FOTO like
  • 10 May 10:03  
Digərləri MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub FOTO

İtaliyanın paytaxtı Romadakı məşhur "MAXXI" XXI Əsrin Milli İn

arrow Ətraflı
Yeni Roma Papası Leo kimdir?  Bilməli olduğunuz 10 vacib fakt like
  • 10 May 10:01  
Dünya Yeni Roma Papası Leo kimdir? Bilməli olduğunuz 10 vacib fakt

Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatında

arrow Ətraflı
İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib like
  • 10 May 09:58  
Siyasət İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

arrow Ətraflı
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları like
  • 10 May 09:48  
Siyasət Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "Ko

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 10 May 09:35  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.

arrow Ətraflı
Hindistanla Pakistan arasında gərginlik artdı  Şiddətli döyüşlər gedir like
  • 10 May 09:31  
Dünya Hindistanla Pakistan arasında gərginlik artdı Şiddətli döyüşlər gedir

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişə

arrow Ətraflı
Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var? like
  • 10 May 08:48  
Digərləri Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var?

Bakı qəsəbələrinin ucuz bazarları... Hətta bu bazara digər qəsəbələr

arrow Ətraflı
“Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim” like
  • 10 May 08:08  
Şou-biznes “Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim”

Əməkdar artist Nüşabə Ələsgərli efirdə kövrəlib.

arrow Ətraflı
Yekun qələbə yaxındır  Medvedyev like
  • 10 May 07:07  
Digərləri Yekun qələbə yaxındır Medvedyev

Rusiya nasistləri yenidən darmadağın etməyə hazırdır, çünki onun arxas

arrow Ətraflı
Bu bürclər çox çətin seçim qarşısında qalacaq like
  • 10 May 06:06  
Digərləri Bu bürclər çox çətin seçim qarşısında qalacaq

Bəzən həyat yol ayrıcında dayanır, səni yollardan birini seçməyə məcb

arrow Ətraflı
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə" like
  • 10 May 04:04  
Şou-biznes "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"

Əməkdar artist Vasif Məhərrəmli bağını satıb.

arrow Ətraflı
"İndi də bədənimdə qəlpələr var"  Xalq artisti like
  • 10 May 00:15  
Şou-biznes "İndi də bədənimdə qəlpələr var" Xalq artisti

Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub. 

arrow Ətraflı