“Həyat yoldaşım olaola başqa qızlara...” – Nəriman Həsənzadə


Digərləri 07 May 2025 20:23:00 77 0

“Həyat yoldaşım olaola başqa qızlara...” – Nəriman Həsənzadə

Son.az Xalq Şairi Nəriman Həsənzadə ilə müsahibəni sizə təqdim edir:

- Nəriman müəllim, necəsiz, özünüzü necə hiss edirsiz?

- Nisbətən yaxşıyam. Arada səfərlərim oldu, bir az yoruldum.

- Bu yaşdan həyat necə görsənir?

- Həyat maraqlıdır. Hansı yaşdan baxırsan bax. Bu, həm də insanın səviyyəsindən asılıdır. Həyata çox gözəl baxıram. Həyat gözəldir. Mənfi tərəfləri də var. O da olmalıdı.

- Nəriman müəllim, sizin haqda bir fakta rast gəldim. Əsgərlikdən qaçmısız. Necə oldu bu? 

- Teleqram gəldi ki, anam rəhmətə gedib. Mənim da anamdan başqa heç kimim yox idi. Atamı 1 yaşımda itirmişdim. Onda 20 yaşım var idi. Mayor Eyvazov var idi, komandirim. Yanına gəlib dedim ki, icazə verin, gedim anamı dəfn edim, mənim anamdan başqa heç kimim yoxdur. Dedi, gərək teleqrama hərbi komissar imza çəkə. Hərbi komissar da Qazaxda idi. Yəni mümkün deyildi. Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə, keşiyində dur. Mən də cavan oğlan idim. Avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get. "Salyan kazarması"dan bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Həmin an əhval-ruhiyyə başqa idi. Anamı itirmişdim. Onu da deyim ki, anam xan qızı olub. İstər-istəməz mənim də qanımda o var. Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəz, hamınızı biçəcəm. 1...2... deyəndə hamısı avtomatı atdı yerə. Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, anamı dəfn edib ağlaya-ağlaya da qayıtdım. Qayıdanda məni məhkəməyə vermişdilər. Məsələ müdafiə nazirinə qədər çatmışdı. Tapşırıq bu idi ki, mənə elə cəza kəssinlər, hamıya görk olsun. Bəxtimdən "Salyan Kazarması"da şairlərlə görüş idi. Mən də gənc şair idim, şeirlər yazırdım. Gecədə Rəsul Rza, Nigar Rəfibəyli var idi. Nigar xanım dedi, Nəriman, sən də şeir oxu. Dedim, yox. İsrar edəndə ağladım.

Dedim ki, məni buradan birbaşa aparacaqlar. 3 il 5 ay həbs kəsiblər. Nigar xanımla Rəsul Rza məni də götürüb apardılar nizami hissəyə. Qısaca onu deyim ki, onlar məni 3 il 5 aylıq həbsdən xilas etdilər. Komandir də bağışladı. Mən ömür boyu o ailəyə minnətdaram.

- Yazıçı Anarla dostluğunuzun kökü həm də buna söykənir?

- Anarın ailəsinə çox böyük hörmətim var. Nigar xanım onun anasıdır, Rəsul Rza da atası. Mən tədqiqat apardım və sübut etdim ki, Nigar xanım Ağa Məhəmməd Şah Qacarın nəvəsidir. Anar da şah nəslindəndir, Qacarın nəvəsidir. Mənə elə gəlir ki, Anar o şahlıq vüqarını saxlayır. 

- AYB-də Ağsaqqallar Şurasının sədrisiz. Necə gedir işlər?

- Ağsaqqallar şurasının üzvləri Xalq şairləri, Xalq yazıçılarıdır. Bəzən görkəmli adamları ora dəvət edirəm, görüşlər təşkil edirəm. Xalq yazıçılarını, şairlərini səfərbər etmək istəyirəm ki, bu günümüzlə bağlı çıxışlar etsinlər. Yenə bu yaxınlarda görüşlərimiz olacaq. Qazilərlə də görüşümüz olur. Özbəkistan səfirini də dəvət etmişdik.

- İlk şeirlərinizi xatırlayırsız?

- Həmişə bu sualı verəndə Gəncədə oxuyanda ilk  yazdığım şeiri yadıma düşür. İlk dəfə tələbə vaxtı yazmışam.

- Nəriman müəllim, siz həm də sevgi şairi kimi tanınırsız. Çox maraqlıdır, sizin sevgi hekayəniz necə olub?

- Həyat yoldaşımla bağlı bir detal deyəcəm sizə. Gəncədə institutda oxuyurdum. O qız da Gəncədə bacımın yanında qalırdı. Bacımın əri qardaşı qızını gətirmişdi ki, bacım tək qalmasın. Evdə oturmuşduq, heç kəs yox idi. Dedik ki, gəl gedək gəzməyə. Qapını bağlayıb düşdük aşağı. Vağzaldan şəhərə qədər dəmir yolu gedir. Dəmiryolunun bir tərəfində o gedirdi, bir tərəfində mən. Arada dönüb bir-birimizə baxırdıq. Gəncə körpüsünə qədər getdik, bir tərəfdə o dayandı, bir tərəfdə mən. Bu qədər paklıq, sadəlik o elə gözəldir ki... Gecə oturub saat 3, 4-ə qədər bir-birimizə məktub yazırdıq. Bacım soruşurdu ki, niyə yatmırsız? Deyirdim, dərs edirik.

- Eyni evin içinə məktublaşırdız?

- Bəli. Bu, həyatımda bütöv bir mərhələdir. Sevdiyim qadınla ailə qurmuşam. Ancaq qəribədir ki, mən institutda 1-ci kursda oxuyanda o 8-ci sinifə gedirdi. Onu bacım kimi görürdüm, bilmirdim ki, onun mənə hisləri başqadır. Deyirdim, Sara, get instituta, gör filan qız necədir? O da gəlib hamısını pisləyirdi, hərəsində bir nöqsan tapırdı. Bu mənə sonradan çatdı. Qadın ürəyiylə zarafat etmək olmaz. 94 yaşım var, bəzən əzab çəkirəm. Ona görə ki, Sara ola-ola başqa qızlara şeir yazırdım. Buna necə dözürdü? Özümü ittiham edirəm. Onun qəlbinə dəymişəm. Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım. Şairlik qəribədir, oğul, bir gözəli gördün, ona şeir yazırsan. O gözəl, bu gözəl... Bir dəfə mənə dedi ki, kaş mühəndisə ərə gedəydim, mən də xoşbəxt olaydım. Sonra dedi, yox, sənsiz yaşaya bilməzdim. İndinin özündə də onun xatirəsi qarşısında üzr istəyirəm. Əzab çəkirəm. Amma nə olsun? Vaxtında olmalıydı hər şey. Əsərlərim Akademik Milli Dram Teatrında səhnəyə qoyulurdu. Mənimlə görüş keçirirdilər, sonra tamaşa başlayıdı. Müxtəlif qonaqlar olurdu. Mənimlə əlaqə yaradırdılar, onlara şeir yazırdım. Şöhrət insanı sadiq qalmağa qoymur. Sara da hamısını ürəyinə salırdı. İndi səmimi deyirəm, buna görə əzab çəkirəm. Bunları danışıram ki, indiki gənclik bu səhvi eləməsin.

Bacıqardaş vəhşicəsinə qətlə yetirildi like
  • 07 May 20:03  
Digərləri Bacıqardaş vəhşicəsinə qətlə yetirildi

Türkiyənin Sivas şəhərində iki bacı-qardaş evlərində bıçaqlanaraq ö

arrow Ətraflı
Pomidorla bağlı mühüm qərar verildi like
  • 07 May 19:34  
Digərləri Pomidorla bağlı mühüm qərar verildi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata ke�

arrow Ətraflı
Hava yenə pisləşir  Bu tarixlərdə leysan yağacaq, sel gələcək like
  • 07 May 19:23  
Digərləri Hava yenə pisləşir Bu tarixlərdə leysan yağacaq, sel gələcək

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda ar

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 07 May 19:17  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

arrow Ətraflı
Səhərlər bunu içən gec qocalır  Ömrü uzadır like
  • 07 May 19:00  
Digərləri Səhərlər bunu içən gec qocalır Ömrü uzadır

Hollandiya alimlərinin apardığı yeni araşdırmaya görə səhərlər münt

arrow Ətraflı
Prezident: Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var like
  • 07 May 18:59  
Siyasət Prezident: Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var

Azərbaycan tərəfi Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoyma�

arrow Ətraflı
Mehriban Əliyevanın vyetnamlı Baş katibin xanımı ilə görüşü olub like
  • 07 May 18:56  
Siyasət Mehriban Əliyevanın vyetnamlı Baş katibin xanımı ilə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 7-də Azərbaycan Respublikas�

arrow Ətraflı
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər like
  • 07 May 18:37  
Siyasət Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 7-də Azərbaycan Respublikas�

arrow Ətraflı
"Anam yaşasaydı, o söz  təsir etməzdi" like
  • 07 May 18:36  
Şou-biznes "Anam yaşasaydı, o söz təsir etməzdi"

"Müəllimin dediyi söz qəlbimdən silinməyən yaradır"

arrow Ətraflı
İlham Əliyev: Bu səfər VyetnamAzərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır like
  • 07 May 18:30  
Siyasət İlham Əliyev: Bu səfər VyetnamAzərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır

Sizin (Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komit�

arrow Ətraflı
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib like
  • 07 May 18:27  
Siyasət Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib

Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası aras

arrow Ətraflı
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir? like
  • 07 May 18:23  
Siyasət Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Alm

arrow Ətraflı