Müəllimlərin nəzərinə Tiktokda müsabiqə başlayır
Digərləri 05 May 2025 14:14:00 98 0
#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edir
Bu xəbəri də oxu: Yarıdan çoxu 300dan az bal TOPLAYIB
Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr - iPhone 16 Pro smartfonları qazanacaq.
TikTok platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş #TikTokdanÖyrən təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.
Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. TikTok-da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.
Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim

Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ�

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq�

Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan

Ukraynadan pilotsuz təyyarənin hücumundan sonra Moskva aeroportu bağlanıb

Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin ver

ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenid�

"Hayat Devam Ediyor" serialı ilə tanınan türkiyəli aktrisa Meltem

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində yaranmış proble
