Çörəyi soyuducuya qoyanların nəzərinə: Böyük səhv edirsiniz
Digərləri 29 Mar 2026 19:40:00 73 0
Qidaları qorumaq üçün ilk ağıla gələn yer soyuducu olsa da, turş mayalı çörək məsələsində bu, tam əks təsir göstərir.
Bu xəbəri də oxu: Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, soyuq mühit çörəyin molekulyar quruluşunu dəyişərək onun sərtləşməsinə səbəb olur.
Qidaları təzə saxlamaq üçün ən təhlükəsiz yer kimi görünsə də, turş mayalı çörəyi soyuducuda saxlamaq əslində onun bayatlama prosesini sürətləndirir. Bu isə çörəyin yumşaqlığını və ləzzətini otaq temperaturu ilə müqayisədə daha tez itirməsi deməkdir.
Təbii qorunma gücü: Süd turşusu bakteriyaları Turş mayalı çörəyi sənaye üsulu ilə hazırlanan çörəklərdən fərqləndirən əsas cəhət tərkibindəki təbii turşuların təmin etdiyi qorunma gücüdür. Mütəxəssislərin rəyinə görə, bu çörəklər heç bir kimyəvi maddəyə ehtiyac duymadan uzun süre qala bilir:
Turş mayadakı süd turşusu bakteriyaları xəmiri turşudur və bu da çörəyin tez sərtləşməsinin və qurumasının qarşısını alır.
Bu təbii turşular kiflənmənin qarşısını alır. Mütəxəssis təcrübələrinə və WSU Çörək Laboratoriyasının araşdırmalarına görə, bu çörəklər heç bir kimyəvi qoruyucu olmadan bir həftə və ya daha uzun müddət yeməli halda qalır.
Çörəyin özünəməxsus ətrini və yumşaqlığını qorumaq üçün mütəxəssislər otaq temperaturunu məsləhət görürlər.
Çörəyi kağız torbaya qoyun və ya təmiz mətbəx dəsmalına bükün. Bu, nəm balansını qorumaq üçün ən sağlam üsuldur.
Hava axınını tənzimləyən çörək qablarından istifadə etmək də faydalıdır.
Əgər çörəyi bir həftədən daha uzun müddət saxlamağı planlaşdırırsınızsa, həll yolu yenə aşağı temperaturdur, lakin bu dəfə dondurucu bölməsində (buzluqda). Dondurucuda bayatlama prosesi demək olar ki, dayanır.
Çörəyi dilimləyin, kip bağlanan sellofan paketlərə yerləşdirin və dondurun. Ehtiyacınız olduqda bir dilim çıxarıb birbaşa qızdırsanız, çörəyin ilk günkü ləzzətində olduğunu görəcəksiniz. Lalə Qüdrətova Son.az
Çeçenistanda güclü yağışlar səbəbindən regional xarakterli fövqəlad�
Bakı şəhərində güclü yağıntı qeyri-adi hadisəyə səbəb olub.
Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev dünyasını dəyişib.
İndoneziya hökuməti martın 28-dən 16 yaşdan aşağı uşaqların sosial me
Martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif
Mətbəxdə ən çox istifadə olunan məhsullardan sayılan pendirin saxlanmas�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüst
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara dövlə
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 26-da Bakı və ayrı-ayrı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühü
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir: İr
ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasib
Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 9:00-a olan məlumatına
