“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib


Digərləri 19 Mar 2026 16:59:00 208 0

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb. "Gəncə KOB evi"ndə 15 dövlət qurumu (İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, "Azəriqaz" İB, "Azərişıq" ASC, ADSEA, Gəncə Şəhər İcra Hakimiyyəti) tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək.

Son.az xəbər verir ki, sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün "Gəncə KOB evi"nə müraciət edə bilərlər.

KOB evində, həmçinin sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi "B2B" xidmətlər də göstəriləcək. Ümumilikdə "Gəncə KOB evi"ndə 33 xidmət pəncərəsində sahibkarlara "G2B" və "B2B" xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da "Gəncə KOB evi"nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada yerləşir. "Gəncə KOB evi"ndə, həmçinin sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb. İki mərtəbədən ibarət binanın ümumi sahəsi 2156 kvadratmetrdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və regionda fəaliyyət göstərən sahibkarlar "Gəncə KOB evi"ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmət pəncərələri ilə tanış olublar.

Qeyd edək ki, "Gəncə KOB evi" Kəpəz rayonu, Zərifə Əliyeva prospekti, 166 ünvanında yerləşir. KOB evi həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək.

Hazırda KOB evləri Gəncə şəhəri ilə yanaşı, Bakı, Xaçmaz (həmçinin Xudatda "Food City" Aqroparkında xidmət mərkəzi), Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, dövlət xidmətlərinə sürətli və rahat çıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıca üstünlükləridir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox G2B və 13 özəl təşkilat tərəfindən isə 160 B2B xidmət göstərilir. Bu il yanvarın 1-nə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.


Xəbərə aid foto

İkinci əl pencəyin cibindən 22 illik arxiv çıxdı like
  • 19 Mar 08:41  
Digərləri İkinci əl pencəyin cibindən 22 illik arxiv çıxdı

Böyük Britaniyada ikinci əl satış platforması üçün alınan vintaj bir p

arrow Ətraflı
Ququşdan İranla bağlı paylaşım: "Gələn il..." like
  • 19 Mar 07:07  
Şou-biznes Ququşdan İranla bağlı paylaşım: "Gələn il..."

Azərbaycan mənşəli iranlı müğənni Ququş Bahar bayramı münasibətilə

arrow Ətraflı
Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul like
  • 19 Mar 05:05  
Digərləri Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməy

arrow Ətraflı
Şarlotka piroquresepti like
  • 19 Mar 04:04  
Digərləri Şarlotka piroquresepti

Almanın və yumşaq xəmirin möhtəşəm vəhdəti olan, rus mətbəxinə məx

arrow Ətraflı
Beşamel sousu resepti like
  • 19 Mar 00:44  
Digərləri Beşamel sousu resepti

Lazanya, makaron, tərəvəz və ət yeməklərinin əvəzolunmaz tamamlayıcıs

arrow Ətraflı
Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər? like
  • 19 Mar 00:29  
Digərləri Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?

Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesa

arrow Ətraflı
Qızını özəl təyyarə ilə Dubaydan çıxardı like
  • 19 Mar 00:13  
Şou-biznes Qızını özəl təyyarə ilə Dubaydan çıxardı

Türkiyəli məşhur müğənni Ebru Gündeş son günlər ailəsi ilə bağlı

arrow Ətraflı
Günün qoroskopu: bu gün ruhunuz bir az daha azad və geniş hiss edə bilər like
  • 19 Mar 00:01  
Digərləri Günün qoroskopu: bu gün ruhunuz bir az daha azad və geniş hiss edə bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Oğlu başqa ölkədə yaşayacaq like
  • 18 Mar 23:45  
Şou-biznes Oğlu başqa ölkədə yaşayacaq

Xalq artisti Mənsum İbrahimov oğlu İbrahimdən danışıb. 

arrow Ətraflı
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb like
  • 18 Mar 23:34  
Kriminal Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində "Çər�

arrow Ətraflı
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib like
  • 18 Mar 18:58  
Digərləri Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il

arrow Ətraflı
16 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı like
  • 18 Mar 18:51  
Digərləri 16 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı

Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı Nuranə Ələkbərovanı bo�

arrow Ətraflı
Bəzi ərazilər işıqsız qalacaq like
  • 18 Mar 18:50  
Digərləri Bəzi ərazilər işıqsız qalacaq

Xırdalanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə ya

arrow Ətraflı
Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb like
  • 18 Mar 09:51  
Digərləri Prezidentin tapşırığı ilə Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb

Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.

arrow Ətraflı