Qızılı satıb ona qaçdılar yeni sərmayə növü
Digərləri 09 Mar 2026 00:39:00 112 0
Qızıl qiymətlərindəki rekord artımlardan sonra investorlar mənfəətlərini reallaşdırmaq üçün hərəkətə keçiblər. Əlindəki qızılı nağd pula çevirən vətəndaşlar kütləvi şəkildə avtomobil dilerlərinə üz tutublar. Satışların kəskin artması ilə bəzi modellər bazarda tapılmır.
Bu xəbəri də oxu: Günəş panellərinə ehtiyac qalmadı: Həm gecə, həm də yağışda elektrik istehsal edir
Son.az xəbər verir ki, qızılın qiymətinin zirvə hədlərinə çatmasını fürsət bilən bir çox vətəndaş, illərdir yığdıqları qızılları sataraq daşınmaz əmlak və ya nəqliyyat vasitəsi almağa üstünlük verir. Xüsusilə son dövrlərdə ikinci əl avtomobil bazarında və yeni model Çin avtomobillərinə olan tələbatda böyük artım müşahidə olunur.
İnvestorlar niyə qızıldan çıxıb avtomobilə yönəlir? Mənfəət realizasiyası: Qızılın yetərincə yüksəldiyini düşünən investorlar qazandıqları pulu fiziki bir aktivə çevirmək istəyirlər.
Avtomobilin ehtiyac və yatırım funksiyası: Avtomobil həm gündəlik ehtiyacdır, həm də inflyasiya şəraitində dəyərini qoruyan bir vasitə kimi görülür.
Kampaniyalar: Dilerlərin təklif etdiyi endirimlər və əlverişli kredit şərtləri qızılını satanlar üçün əlavə stimul yaradır.
Dilerlərdən alınan məlumata görə, qızılını satıb gələn müştərilərin sayı son bir ayda ikiqat artıb. Xüsusilə orta seqmentə aid olan və qiymət-performans balansı ilə seçilən avtomobillər dilerə daxil olduğu gün satılır.
Təkcə yeni maşınlar deyil, ikinci əl bazarında da ciddi canlanma var. Vətəndaşlar əllərindəki nağd pulla dərhal alış-veriş etdikləri üçün bazarda dövriyyə sürətlənib. Lalə Qüdrətova Son.az
Xəmirin yumşaq, elastik və asan açılan olması bir neçə vacib şərtdən
Qədr gecəsi Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı bat
İraq şiələrinin lideri ayətullah Əli Sistani İran İslam İnqilabını m�
Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərb
İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəv
Müğənni Nadir Qafarzadə yeni doğulan nəvəsi ilə görüntü paylaşıb.
Xəbər verdiyimiz kimi, türk mediası iş adamı Hakan Sabancının Xumar adl�
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Liderinin seç
Ürək-damar xəstəlikləri yalnız yaşlı insanlara aid problem deyil. Yeni a
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazır
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
Azərbaycanda kart bazarı böyüməyə davam etsə də, rəqəmlər daxilində
