Mehdiyevlərin bankı ilə bağlı QƏRAR
Digərləri 06 Mar 2026 15:26:00 153 0
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Bu xəbəri də oxu: Ayətullah Əli Sistani kollektiv cihada
Son.az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank "BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Beləliklə, Bank "BTB" ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank "BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
Qeyd edək ki, Nigar Mehdiyeva cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki
Türk pop musiqisinin gənc və uğurlu adlarından biri olan Semicenk yaşad�
İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin m�
ABŞ-ın Micçiqan ştatının sakini Sue Strong uzun illər uğursuz cəhdlərd
Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib.
İranın İsrailə qarşı həyata keçirdiyi növbəti raket hücumu zamanı T�
Həbsdə olan məşhur reper və prodüser Şon Kombs (P. Diddi) daha tez azadl
ABŞ Prezidenti Donald Tramp İranın təslim olacağını deyib və bundan sonr
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Zülfiy
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Xoreoqrafiya Akad
Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azər
Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multi
Macarıstan Respublikasının Azərbaycandakı səfirliyi İranın Naxçıvan Mu
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu
