Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür


Digərləri 06 Mar 2026 00:02:00 165 0

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Son.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Əsri məzarlığında dəfn edilib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət ili" elan edilib.

30 dekabr 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılıb. Son.az  


Xəbərə aid fotolar

Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib like
  • 05 Mar 22:41  
Siyasət Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib

Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi da

arrow Ətraflı
Filarmoniyanın abonement konsertləri  FOTO like
  • 05 Mar 22:24  
Kriminal Filarmoniyanın abonement konsertləri FOTO

7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pian

arrow Ətraflı
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib   FOTO like
  • 05 Mar 22:14  
Kriminal Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri keçirilib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı like
  • 05 Mar 22:10  
Digərləri İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların vəziyyəti açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları n�

arrow Ətraflı
"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə" like
  • 05 Mar 21:34  
Şou-biznes "Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"

"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orada ç

arrow Ətraflı
Kobaxidze İlham Əliyevə zəng edib like
  • 05 Mar 21:20  
Siyasət Kobaxidze İlham Əliyevə zəng edib

Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublik

arrow Ətraflı
Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib like
  • 05 Mar 20:45  
Digərləri Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib

Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

arrow Ətraflı
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:58  
Siyasət BƏƏ Prezidenti İlham Əliyevə zəng edib

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd

arrow Ətraflı
Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi like
  • 05 Mar 19:27  
Siyasət Azərbaycan və Türkiyə müdafiə nazirləri Naxçıvana hücum aktını müzakirə etdi

Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü il

arrow Ətraflı
Ərdoğan İlham Əliyevə zəng edib like
  • 05 Mar 19:19  
Siyasət Ərdoğan İlham Əliyevə zəng edib

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Az

arrow Ətraflı
Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı like
  • 05 Mar 19:08  
Digərləri Azərbaycanİran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobilləri

arrow Ətraflı
Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir like
  • 05 Mar 18:49  
Dünya Britaniya İranın hücumlarını dəf etmək üçün Qətərə qırıcılar göndərir

Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək ü�

arrow Ətraflı
Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq like
  • 05 Mar 18:36  
Digərləri Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq

Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı