Azərbaycanda tibb təhsili 5 ilə SALINIR?


Digərləri 03 Mar 2026 14:22:00 203 0

Azərbaycanda tibb təhsili 5 ilə SALINIR?

Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi məsələsi hazırda gündəmdə geniş müzakirə olunmasa da, mövzu zaman-zaman aktuallaşır.

Son.az xəbər verir ki, konkret.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Onun sözlərinə görə, bakalavr sisteminin və rezidenturanın tətbiqi, eləcə də tədrisin Qərb təhsil modelinə adaptasiyası bu istiqamətdə görülən işlər sırasındadır.

"Bunun üçün ilk növbədə baza hazırlanmalıdır. Əvvəl nəzəri, sonra isə klinik fənlərin öyrədilməsi sistemi sıxlaşdırılmalı, dərs saatları intensivləşdirilməli və yeni struktur formalaşdırılmalıdır. Əgər belə bir zərurət varsa, universitet daxilində tibb təhsilinin bütün metodologiyasına yenidən baxılmalıdır. Amma düşünürəm ki, bu, o qədər də aktual məsələ deyil". A.Qeybulla vurğulayıb ki, əsas diqqət formal dəyişikliklərə deyil, real nəticə verən addımlara yönəldilməlidir. "Əsas problem tədris üçün yetərli şəraitin yaradılmasıdır. Xüsusilə, tələbələrin klinik bilik və bacarıqlarının artırılması üçün tədris-terapiya və tədris-cərrahiyyə kafedralarında xəstə axınının icbari tibbi sığorta sistemi vasitəsilə təmin olunması vacibdir". Professor beynəlxalq təcrübəyə də toxunaraq Almaniya modelini nümunə göstərib. Onun sözlərinə görə, Almaniyada tibb təhsili 6 il 3 ay davam edir. Bu müddətin 2 ili klinikaya qədər nəzəri fənlərə, 3 ili klinik fənlərə, 1 ili isə praktikaya ayrılır. Bundan sonra isə 5-6 il davam edən rezidentura mərhələsi başlayır. "Beləliklə, Almaniyada bir həkimin tam hazırlanması üçün, rezidentura daxil olmaqla, ümumilikdə 12-13 il vaxt tələb olunur. Azərbaycanda da əsas prioritet tibb təhsilinin keyfiyyətinin artırılması, tələbələrin praktik vərdişlərinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi olmalıdır. Təhsil müddətinin azaldılması isə yalnız kompleks və əsaslandırılmış islahatlar çərçivəsində müzakirə oluna bilər", - deyə professor əlavə edib.

Varlıların bank hesablarından kasıblara PUL KÖÇÜRƏN bank müdiri like
  • 03 Mar 14:15  
Digərləri Varlıların bank hesablarından kasıblara PUL KÖÇÜRƏN bank müdiri

2009-cu ildə İtalyada baş verən hadisə illər keçsə də müzakirə mövzu

arrow Ətraflı
Bəşarət Məmmədova ağır İTKİ like
  • 03 Mar 14:07  
Digərləri Bəşarət Məmmədova ağır İTKİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələ

arrow Ətraflı
Koronavirusun bilinməyən fəsadı üzə çıxdı  Yoluxanların 35 faizində... like
  • 03 Mar 14:00  
Digərləri Koronavirusun bilinməyən fəsadı üzə çıxdı Yoluxanların 35 faizində...

Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində s

arrow Ətraflı
Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır?  AQCdən ciddi ittiham like
  • 03 Mar 13:52  
Digərləri Regionlarda torpaq qiymətləri süni şəkildə artırılır? AQCdən ciddi ittiham

"Regionlarda torpaq və əmlakın qiymətləndirilməsi prosesində qanunve

arrow Ətraflı
Bu şəxslərin maaşı ARTIRILDI  RƏSMİ like
  • 03 Mar 13:50  
Digərləri Bu şəxslərin maaşı ARTIRILDI RƏSMİ

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlər

arrow Ətraflı
Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı like
  • 03 Mar 13:50  
Şou-biznes Xalq artisti dəbdəbəli evindən FOTOlarını yaydı

Xalq artisti Məleykə Əsədova evindən fotolarını izləyiciləri ilə böl

arrow Ətraflı
Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ like
  • 03 Mar 13:43  
Digərləri Azərbaycanda 26 illik məşhur şirkət yüksək məbləğdə borca DÜŞDÜ

Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələ

arrow Ətraflı
Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz like
  • 03 Mar 13:40  
Digərləri Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz

Təmir şirkətləri "kvadrat metr" üzərindən sabit qiymət təklif

arrow Ətraflı
Tələbə arvadını və 8 aylıq körpəsini öldürən şəxsə bu cəza VERİLDİ like
  • 03 Mar 13:32  
Digərləri Tələbə arvadını və 8 aylıq körpəsini öldürən şəxsə bu cəza VERİLDİ

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızın�

arrow Ətraflı
"Ferrari"nin ulduzu onunla evləndi like
  • 03 Mar 13:20  
Dünya "Ferrari"nin ulduzu onunla evləndi

"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler evlənib.

arrow Ətraflı
Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək like
  • 03 Mar 13:13  
Digərləri Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək

Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layi

arrow Ətraflı
Qəbiristanlığa qızıl tabutda gətirildi like
  • 03 Mar 13:06  
Dünya Qəbiristanlığa qızıl tabutda gətirildi

Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqer

arrow Ətraflı
"Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı" like
  • 03 Mar 12:50  
Dünya "Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı"

"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (

arrow Ətraflı
Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq  PROQNOZ like
  • 03 Mar 12:46  
Digərləri Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq PROQNOZ

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu

arrow Ətraflı
Paşinyan Akopyanla buna görə ayrılıb... like
  • 03 Mar 12:45  
Dünya Paşinyan Akopyanla buna görə ayrılıb...

Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Ak

arrow Ətraflı