"Görünməz nömrə" həvəsi baha başa gələ bilər: Sürücülər ehtiyatlı olsun
Digərləri 02 Mar 2026 23:40:00 176 0
Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır.
Son.az xəbər verir ki, bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.
Qiyməti isə 400 manatdan başlayır.
Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədi ilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüquqi məsuliyyət yaradır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, sözügedən videomaterialda əks olunan qurğu hərəkətdə olan nəqliyyat vasitəsində tətbiq olunarsa, bu, kobud qayda pozuntusu hesab ediləcək, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görüləcək:
"Unutmayaq ki, bu cür davranış inzibati hüquq pozuntusunu deyil, həm də ictmai təhlükəsizliyə qarşı təhdiddir. Yol hərəkətində təhlükəsizlik prinsiplərinə zərbə vuran belə əməllərə qarşı xüsusi texniki vasitələrdən istifadə etməklə davamlı tədbirlər görülür və təqsirkar şəxslər barəsində ciddi ölçü götürülür".
Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.
Vəkilllər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.
Daha ətraflı "Xəzər TV"nin süjetində:
İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əmə
Əməkdar artist Hicran Nəsirovanın səhhətində problem yaranıb.
27 fevral tarixində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduar
İranın hücumları nəticəsində Dubayın əsas logistika mərkəzləri, o c�
Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovu
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı d�
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk gün�
Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə
Güclü zərbələrlə yalnız İran deyil, həm də Hizbullah darmadağın edil
İsrail və ABŞ İranın ali lideri Əli Xameneinin olduğu yerin koordinatlar�
Beynəlxalq Muğam Mərkəzində bəstəkar Sevda Rəhimovanın " Ömür yo
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı
ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya
Sabah Ramazan ayının on üçüncü günüdür.
