"Həmid Herisçi Təbrizdədir, onunla əlaqə saxlaya bilmədim" Xanımı AÇIQLADI
Digərləri 28 Fev 2026 15:21:00 179 0
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi hazırda Təbrizdədir və son saatlarda onunla əlaqə saxlamaq mümkün olmayıb. İranın müxtəlif şəhərlərinin intensiv hava zərbələrinə məruz qalması barədə yayılan məlumatlar fonunda bu fakt ciddi narahatlıq doğurur.
Bu xəbəri də oxu: Pensiyalar sabah tam şəkildə ÖDƏNİLƏCƏK
Tehran, İsfahan, Qum və digər iri şəhərlərlə yanaşı, Təbrizin də hücumlara məruz qaldığı bildirilir. Bu isə yazıçının təhlükəsizliyi ilə bağlı sualları daha da artırıb.
Məsələ ilə bağlı yazıçının həyat yoldaşı İlhamiyyə Rza Musavat.com-a açıqlamasında bildirib ki, səhər saatlarında onunla danışa bilib:
"Səhər Həmidlə danışdım. Dedi ki, narahat olma. Soruşdum ki, hava əlaqəsi pozulub, necə geri qayıdacaqsan? Cavab verdi ki, Tehrandan dönə bilərəm. Mən də dedim ki, nəbadə Tehrandan gəlmə, çünki hücum olarsa, ilk hədəflərdən biri məhz Tehran aeroportu ola bilər. O isə dedi ki, yaxşı, onda Tehrana getmərəm, lazım gələrsə Türkiyə üzərindən qayıdaram. Bildiyiniz kimi, Xarici İşlər Nazirliyi oradakı Azərbaycan vətəndaşlarının çıxışı üçün müəyyən imkanlar yaradıb. Quru sərhədlərimizin bir hissəsi - Culfa və Naxçıvan istiqaməti açıqdır. Naxçıvandan da dostlarımız zəng edib bildiriblər ki, gəlsin, onu gözləyirlər.
Ancaq bu danışıqdan sonra onunla əlaqə saxlaya bilmədim. Ola bilsin ki, İranda internet tamamilə kəsilib. Çünki dostları ilə də əlaqə yarada bilmirəm. Müharibə şəraitində internetin məhdudlaşdırılması və ya kəsilməsi təbiidir".
İlhamiyyə Rza Həmid Herisçinin İrana səfərinin məqsədinə də aydınlıq gətirib. Onun sözlərinə görə, səfər sırf ədəbi missiya daşıyıb: "Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir. İrana getməkdə məqsədi oradakı ədəbi mühitdə canlanmanı stimullaşdırmaq, ədəbiyyatla bağlı materiallar toplamaq, şair və yazıçılarla görüşmək idi. Ötən həftə verilişimiz dayandıqdan sonra dedi ki, artıq vaxtım var, Təbrizə gedə bilərəm. İstəyirdi ki, Güney Azərbaycanda ədəbiyyatçılarla daha canlı və sistemli iş aparsın. Buna görə də yola düşdü.
Alman avtomobil istehsalçısı BMW yanğın riski ilə bağlı dünya miqyasın
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı başladılan "Ş
"Qanot Sharq" aviaşirkətinə məxsus təyyarədə həyəcanlı anlar
ABŞ Prezidenti Donald Tramp Kubanın dostcasına ələ keçirilməsinin mümkü
Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında "
Bakı-Naxçıvan-Bakı avtobus reysləri İran-İsrail münaqişəsinin qızış
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məq
ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.
Müğənni Qumral Musayeva son çıxışı ilə yenidən diqqət mərkəzinə ç
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının bağlanm
İsrail ordusu İrana qarşı əks-hücum əməliyyatlarına başlayıb.
