Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir


Digərləri 24 Fev 2026 16:26:00 97 0

Qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri davam etdirilir

Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.

Son.az xəbər verir ki, mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir.

2026-cı ilin yanvar və fevral ayları ərzində Mərkəz tərəfindən 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib. Bu dövrdə 15 000 manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843,5 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

İcra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.

Eyni zamanda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1 000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 424,5 manat ziyan dəyməsi müəyyən edilib.

Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.

Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.

Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil-Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib.

Bununla yanaşı, Baş Mil-Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.

Qeyd olunan pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.

""Toppuş bacı" mədəkiçiltmədən ÖLMƏDİ"  Tanınmış onkoloq like
  • 24 Fev 16:00  
Şou-biznes ""Toppuş bacı" mədəkiçiltmədən ÖLMƏDİ" Tanınmış onkoloq

Tanınmış onkoloq Anar Məmmədov mərhum aktrisa Tünzalə Əliyevanın vəf

arrow Ətraflı
Bakıda Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar like
  • 24 Fev 15:24  
Digərləri Bakıda Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar

Bakının mərkəzində yerləşən uşaq geyimi mağazalarından birində payta

arrow Ətraflı
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib like
  • 24 Fev 15:16  
Digərləri Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriy

arrow Ətraflı
Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü like
  • 24 Fev 14:48  
Siyasət Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Mill

arrow Ətraflı
111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan videoçarx hazırlanıb like
  • 24 Fev 14:00  
Digərləri 111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan videoçarx hazırlanıb

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli mək

arrow Ətraflı
ABŞnin qlobal idxal rüsumları qüvvəyə minib like
  • 24 Fev 13:55  
Digərləri ABŞnin qlobal idxal rüsumları qüvvəyə minib

ABŞ idxalına tətbiq olunan qlobal rüsumlar qüvvəyə minib.

arrow Ətraflı
Ətin qiyməti DƏYİŞİR  Bazardakı son vəziyyət NECƏDİR? like
  • 24 Fev 13:52  
Digərləri Ətin qiyməti DƏYİŞİR Bazardakı son vəziyyət NECƏDİR?

Azərbaycanda ət idxalının həcmi azalır. Satıcıların sözlərinə görə

arrow Ətraflı
Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ like
  • 24 Fev 13:21  
Digərləri Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməlləri

arrow Ətraflı
Zibeydə Bayramova yüksək vəzifəyə təyin EDİLDİ like
  • 24 Fev 13:14  
Digərləri Zibeydə Bayramova yüksək vəzifəyə təyin EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasi

arrow Ətraflı
Sərnişin və yük daşımaq üçün yeni sənədlər TƏLƏB EDİLƏCƏK like
  • 24 Fev 13:09  
Digərləri Sərnişin və yük daşımaq üçün yeni sənədlər TƏLƏB EDİLƏCƏK

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə

arrow Ətraflı
Bu qan qrupu sahibləri daha uzunömürlüdür like
  • 24 Fev 13:02  
Digərləri Bu qan qrupu sahibləri daha uzunömürlüdür

100 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar qan qrupları

arrow Ətraflı
BDUnun xanım tələbələri şantaj olunur  İDDİA like
  • 24 Fev 13:00  
Digərləri BDUnun xanım tələbələri şantaj olunur İDDİA

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri

arrow Ətraflı