Xəstəliklərini təbii üsulla sağaldan, 92 yaşında işə qəbul olunan Ərşad Əzimzadən sağlamlıq məsləhətləri


Digərləri 24 Fev 2026 00:11:00 230 0

Xəstəliklərini təbii üsulla sağaldan, 92 yaşında işə qəbul olunan Ərşad Əzimzadən sağlamlıq məsləhətləri

"Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır".

Son.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı yazıçı-jurnalist, loğman Ərşad Əzimzadə deyib.

Belə ki, Ərşad Əzimzadə 92 yaşında rəsmən işə qəbul olunub.

Həmin müsahibəni təqdim edirik:

- Ərşad müəllim, 92 yaşında rəsmən işə qəbul olunmaq hər kəsə nəsib olmur. Nəinki Azərbaycanda, dünyada belə bir nümunə yoxdur. Ona görə də eşidənlərə maraqlı gəldi. Necə oldu ki, işə qəbul olundunuz?

- Əslində uzun illərdir ki, "İnci" şirkəti ilə sifarişlə çalışırdım. İndi isə işçi olaraq rəsmiləşdirildim. Mənim kitablarım burada nəşr olunur. "İnci" şirkətinə məxsus yeni "İzə" nəşriyyatı var: orada həm məsləhətçi kimi işləyirəm, həm də digər kitabların redaktəsini edirəm. Hazırda iş başındayam.

- Yalnız bədii ədəbiyyat kitablarını redaktə edirsiniz, yoxsa iş fəaliyyətinizə digər elmi-publisistik əsərlər də daxildir?

- Bildiyiniz kimi, mən ixtisasca jurnalistəm. Uzun illər mərkəzi qəzetlərdə, müxtəlif mətbu orqanlarda çalışmışam. Yəni redaktə mənim işimin bir hissəsi olub. Təqaüdə çıxdıqdan sonra yazıçılığa başlamışam. Amma yenə də redaktə işini bununla yanaşı davam etdirmişəm. Publisistik, bədii, müxtəlifsəpkili əsərləri redaktə edirəm.

- Sizi oxucular daha çox "Möcüzəsiz möcüzə" əsəri ilə tanıyıblar. Bununla yanaşı indiyədək çox kitabınız işıq üzü görüb. Bəs hazırda hansı kitab üzərində işləyirsiniz?

- Hazırda şəkərli diabetin təbii yolla müalicəsi ilə bağlı seriya şəklində kitab üzərində işləyirəm. Bundan başqa bədii əsərlə də məşğulam. "Durna bulağı" adlı üçcildlik kitab olacaq. SSRİ-nin Nikita Xruşşovun rəhbərlik etdiyi dövründən başlayaraq ta bu günə qədər olan hadisələrdən bəhs edirəm. Kitablardan başqa "Qardaşımın qardaşı" adlı monoqrafiya üzərində də işləyirəm. O da öz taleyimdən bəhs edir. Bundan başqa, sosial platformada "Şəfa məktəbi" adlı səhifəm var. Orada müəyyən dərslər keçirəm, izləyicilərə tövsiyələr edirəm.

- Sizin bu yaşda motivasiyanıza heyran qalmamaq mümkün deyil. Çox maraqlıdır, gənclərə örnək olunası bu enerjini hardan alırsınız?

- Mənə fiziki olaraq enerjini verən ən əsas təbii qidalardır. Baxmayaraq ki, səhhətimdə problem yaşadım, həyat yoldaşım dünyasını dəyişdi, bu itkidən çox sarsıldım, amma toparlandım. Yavaş-yavaş düzəldim. Amma zehni cəhətdən heç vaxt problemim olmayıb, hər şey öz qaydasındadır və həmişə də zəka və düşüncələrimə güvənmişəm.

- Nəzərə alsaq ki, son zamanlar bir çox xəstəliklərin yaşı cavanlaşıb, psixoloji problemlər artıb, gənclərə həm həyat tərzində, həm qidalanmada, iş həyatında nə tövsiyə edərdiniz?

- Məhəmməd peyğəmbərin gözəl bir kəlamı var: "Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin dərmanı pəhrizdir". Pəhriz həqiqətən də çox faydalıdır. Mən məsləhət görərdim ki, ən birinci qidalanma qaydalarına düzgün əməl etsinlər. Mütəmadi olaraq, orqanizmlərinə uyğun pəhriz növü seçsinlər. Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır, insan nikbinləşir, cavanlaşır, yaddaş itiləşir, təfəkkür cilalanır, bu da onun işinə sirayət edir. Elə bir xəstəlik yoxdur ki, sağlam həyat tərzinin köməyi ilə və təbii yolla sağaltmaq mümkün olmasın. Amma elə bir xəstəlik də yoxdur ki, onu dərmanların köməyi ilə tamamilə sağaltmaq mümkün olsun. Ona görə də tövsiyə edərdim ki, sağlam həyat tərzinə keçsinlər.

Ev almaq istəyənlərə ŞAD XƏBƏR like
  • 24 Fev 00:04  
Digərləri Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

arrow Ətraflı
Bu gün Novruzun ilk çərşənbəsidir like
  • 24 Fev 00:03  
Digərləri Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir.

arrow Ətraflı
Zelenskiyə qonşusundan ağır zərbə: "Neft yoxdursa, elektrik də yoxdur!" like
  • 23 Fev 23:30  
Dünya Zelenskiyə qonşusundan ağır zərbə: "Neft yoxdursa, elektrik də yoxdur!"

Avropada enerji müharibələri daha da kəskinləşir; Slovakiya Ukraynaya qar�

arrow Ətraflı
Planetlərin paradı baş tutacaq  tarix açıqlandı like
  • 23 Fev 23:17  
Dünya Planetlərin paradı baş tutacaq tarix açıqlandı

Fevralın sonunda səmada planetar parad görünəcək.

arrow Ətraflı
Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı like
  • 23 Fev 23:03  
Şou-biznes Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı

Məşhur müğənni Hadisənin UNICEF üçün hazırladığı Ramazan videosu T�

arrow Ətraflı
Quyruqlu ulduzdan rekord yavaşlama: Elm adamlarını şoka salan hərəkət like
  • 23 Fev 22:51  
Dünya Quyruqlu ulduzdan rekord yavaşlama: Elm adamlarını şoka salan hərəkət

Günəş sistemində hərəkət edən 41P quyruqlu ulduzu öz oxu ətrafında f�

arrow Ətraflı
Türkiyənin ən varlı insanları məlum oldu: Siyahıda sürpriz dəyişiklik like
  • 23 Fev 22:25  
Digərləri Türkiyənin ən varlı insanları məlum oldu: Siyahıda sürpriz dəyişiklik

Forbes Türkiyənin ən zənginləri siyahısını yeniləyib. Builki siyahıda

arrow Ətraflı
"Muhteşem Yüzyıl"ın ulduzu 12 illik ərindən boşanır like
  • 23 Fev 22:03  
Şou-biznes "Muhteşem Yüzyıl"ın ulduzu 12 illik ərindən boşanır

"Muhteşem Yüzyıl" serialındakı Mihrimah Sultan rolu ilə tanınan

arrow Ətraflı
“Dedim, tabutu qaldırmayın, atamın arzusunu yerinə yetirəcəyəm" like
  • 23 Fev 21:37  
Şou-biznes “Dedim, tabutu qaldırmayın, atamın arzusunu yerinə yetirəcəyəm"

Əməkdar artist Rəhilə Bəndəliyeva valideynlərinin itkisi lə bağlı təs

arrow Ətraflı
Rusiya Vaşinqtondakı hadisələrə müdaxilə edibmi? – Araşdırma like
  • 23 Fev 21:30  
Siyasət Rusiya Vaşinqtondakı hadisələrə müdaxilə edibmi? – Araşdırma

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə baş

arrow Ətraflı
Alim Qasımov Bakıda zavod açdı like
  • 23 Fev 21:10  
Şou-biznes Alim Qasımov Bakıda zavod açdı

Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb.

arrow Ətraflı
Tvdə BİABIRÇILIQ: “TikTok qəhrəmanları” müzakirə yaratdı like
  • 23 Fev 21:00  
Digərləri Tvdə BİABIRÇILIQ: “TikTok qəhrəmanları” müzakirə yaratdı

Son günlər televiziya kanallarından birində yayımlanan verilişin qonaqlar�

arrow Ətraflı
Sumqayıtda faciəvi şəkildə ölən gənc qızın FOTOSU like
  • 23 Fev 20:57  
Digərləri Sumqayıtda faciəvi şəkildə ölən gənc qızın FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yeniyetmə qızın ölümü il�

arrow Ətraflı
Bakının bu küçələrində like
  • 23 Fev 20:19  
Digərləri Bakının bu küçələrində

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçə

arrow Ətraflı