Restoranda iftar etmək neçəyə başa gəlir?


Digərləri 20 Fev 2026 21:05:00 111 0

Restoranda iftar etmək neçəyə başa gəlir?

Ramazan ayında iftar süfrələrinin təşkili, həmişəki kimi, gündəmin əsas mövzularından biridir. Bəziləri iftarını restoran və kafelərdə açmağa üstünlük verir, bəziləri isə dostlarına jest edərək iftar süfrələrinin məhz ictimai iaşə müəssisələrində təşkilinə çalışırlar.

Artıq paytaxtda və ətraf ərazilərdə fəaliyyət göstərən bir çox iaşə obyektləri xüsusi iftar menyularını təqdim etməyə başlayıblar. Menyularda şorba, xurma və sərinləşdirici içkilərdən tutmuş isti yeməklər, kabab növləri, plov, salatlar və şirniyyatlara qədər müxtəlif təamlar yer alır. Təklif olunan çeşidin zənginliyi isə qiymətlərdə fərqlilik yaradır.

Bəzi məkanlarda daha münasib paketlər təqdim olunsa da, mərkəzi ərazilərdə və yüksək xidmət səviyyəsi ilə seçilən restoranlarda qiymətlər xeyli dəyişir.

Bəs bu il restoranlarda iftar etmək istəyənlər nə qədər xərc çəkməli olacaqlar?

Son.az xəbər verir ki, oxu.az-ın əməkdaşı müxtəlif ərazilərdə iftar menyularının qiymətlərini araşdırıb.

Ümumi qənaət belə oldu ki, paytaxtda fəaliyyət göstərən ictimai iaşə obyektlərində iftar menyusunun qiyməti bir nəfər üçün 25-90 manat arasında dəyişir.

Bəzi obyektlərdə iftarla yanaşı, imsak menyusu üçün açıq bufet də təşkil olunub. Bu zaman böyüklər üçün qiymət 18-20 manat təşkil edir. Yeddi yaşına qədər uşaqlar üçün ödəniş tələb olunmur, səkkiz yaşlı uşaqlara isə 50 faiz endirim tətbiq edilir.

Nərimanov rayonu ərazisində fəaliyyət göstərən restoranlarda iftar menyusunun qiyməti 25-50 manat aralığındadır. Təqdim olunan menyuya müxtəlif şorbalar, soyuq qəlyanaltılar, meyvə şirələri, çay və desertlər daxildir.

Səbail rayonunda isə qiymətlər 25-35 manat arasında dəyişir. Qiymət fərqi, əsasən, təqdim olunan əsas yeməyin toyuq, mal və ya balıq ətindən hazırlanmasından asılıdır. Müştərilərə bir neçə növ qəlyanaltı, salat, isti yemək, desert və içki təqdim olunur. İçkilər sırasında qazsız su, kompot və çay yer alır, desert olaraq isə xurma və günə uyğun şirniyyat verilir.

Nizami küçəsi ərazisində iftar menyusunun qiyməti 25-30 manat arasında dəyişir. Menyuda müxtəlif növ şorbalar, salatlar, isti yeməklər, ayran, kompot, su və türk paxlavası təqdim olunur.

Sumqayıt şəhərində isə qiymətlər 29-35 manat aralığındadır. Bu məbləğə üç çeşid şorba, soyuq məzələr, iki növ əsas yemək, meyvə suyu, ayran və şirniyyat olaraq xurma daxildir.

Bayıl qəsəbəsində fəaliyyət göstərən restoranlarda isə qiymətlər 30-90 manat arasında dəyişir.

Dilarə Əliyeva küçəsində yerləşən bəzi obyektlərdə iftar menyusunun qiyməti 10-25 manat arasında təklif olunur. Menyuya toyuq və ya ətlə hazırlanan isti yeməklər, şorbalar, müxtəlif salatlar (çoban, manqal, paytaxt), kələm turşusu, reyhan kompotu, ayran və çay daxildir.

Qeyd edək ki, göstərilən qiymətlər bir nəfər üçün nəzərdə tutulub və hər kəs təklif olunan növlərdən birini seçə bilər. Son.az

Elnarə Abdullayeva qatıq və sarımsaq satıb?  AÇIQLAMA like
  • 20 Fev 20:50  
Şou-biznes Elnarə Abdullayeva qatıq və sarımsaq satıb? AÇIQLAMA

Əməkdar artist Elnarə Abdullayeva qatıq və sarımsaq satması ilə bağlı

arrow Ətraflı
Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq like
  • 20 Fev 20:37  
Digərləri Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi əra

arrow Ətraflı
İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir like
  • 20 Fev 20:26  
Digərləri İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arası

arrow Ətraflı
Sakinləri narahat edən şlaqbaumlar söküldü  Fotolar like
  • 20 Fev 20:13  
Digərləri Sakinləri narahat edən şlaqbaumlar söküldü Fotolar

Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539

arrow Ətraflı
Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi like
  • 20 Fev 20:06  
Digərləri Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildiABŞ-lı eks

arrow Ətraflı
Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin like
  • 20 Fev 19:54  
Digərləri Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə

arrow Ətraflı
“Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir” like
  • 20 Fev 19:43  
Şou-biznes “Gör kim bizə barmaq silkələyib, qeyrət dərsi keçir”

Müğənni Səidə Sultan instaqram izləyiciləri ilə bölüşdüyü videoda y

arrow Ətraflı
Martda 17 gün iş olmayacaq  Maaş belə hesablanacaq like
  • 20 Fev 19:30  
Digərləri Martda 17 gün iş olmayacaq Maaş belə hesablanacaq

Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqla

arrow Ətraflı
Diş ağrısına görə içdiyi ağrıkəsicidən sonra öldü like
  • 20 Fev 19:12  
Digərləri Diş ağrısına görə içdiyi ağrıkəsicidən sonra öldü

Türkiyənin Kahramanmaraş vilayətində 42 yaşlı Hayri Kul diş ağrısını

arrow Ətraflı
"Tarqovı"da mağaza yanır like
  • 20 Fev 19:00  
Digərləri "Tarqovı"da mağaza yanır

"Tarqovı" yaxınlığında yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Fatma Mahmudovanı müdafiə etdi  "Sizə nifrət edirəm" like
  • 20 Fev 18:50  
Şou-biznes Fatma Mahmudovanı müdafiə etdi "Sizə nifrət edirəm"

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova qızı Nigar Tofiqızı il

arrow Ətraflı
Əfqanıstanda güclü zəlzələ oldu like
  • 20 Fev 18:25  
Dünya Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanın Hindukuş dağlarında 5.5 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Məlahət Gözəlova rəis müavini təyin olundu like
  • 20 Fev 18:23  
Digərləri Məlahət Gözəlova rəis müavini təyin olundu

Dövlət Statistika Komitəsinin (DSK) Bakı Şəhər Statistika İdarəsinə ye

arrow Ətraflı
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır like
  • 20 Fev 18:13  
Digərləri Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarı

arrow Ətraflı