Üç rayonda güclü yanğın başladı
Digərləri 19 Fev 2026 22:00:00 90 0
Şəkidə dağlıq ərazidə yanğın başlayıb.
Bu xəbəri də oxu: Yaz fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə qeydə alınıb.
Məlumata görə, yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.
Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
-------- Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb.
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və xüsusi texnikası tam tərkibdə cəlb olunub.
Yanğının geniş ərazini əhatə etməsi səbəbindən ətraf rayonların yanğınsöndürmə qüvvələrinin də əməliyyata qoşulması nəzərdə tutulur. Hazırda alovun lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.
-----------
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Son.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Xalq artisti Fatma Mahmudova açıqlaması ilə gündəmə gəlib.
Son günlər Azərbaycanın informasiya məkanında baş verən qalmaqallar, dez
Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq şuranın qətnam�
Bir çox insan səhər yeməyində eyni səhvi edir ki, bu da sağlamlığa mən
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclası ərəfəsin
Meyxanaçı Samirə Yusifqızı övladının sözlərinə görə üzr istəyib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Elnur Qaraxan o
Böyük hərflərlə yazılmış "SÜLH" sözünün fonunda Azərbayca
Fevralın 20-si Ramazan ayının ikinci günüdür.
Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal a
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandiri v
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə v�
Son 1 ildə gümüş faiz nisbətində qızıldan daha çox bahalaşıb... Hazı
