Bu icra başçısı töhmət aldı SƏBƏB
Digərləri 17 Fev 2026 10:41:00 160 0
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bu xəbəri də oxu: Bu avtomobillərin idxalı ƏDVdən azad olunur
Son.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib.
Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.
Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.
Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar./Trend.Az
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü
Bilgəh bağları istiqamətində işıq kəsiləcək.
Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində müğənni Mura
Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanı
Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxil�
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanənd
Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio"
Dişləri hər gün fırçalamaq sağlamlıq üçün vacibdir. Ancaq bir çox in
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
"Aynı Yağmur Altında" serialının yeni bölümündən paylaşılan
