Zakir Həsənov iclas keçirdi, tapşırıqlar verdi
Digərləri 14 Fev 2026 14:35:00 164 0
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Bu xəbəri də oxu: Martda 17 gün iş olmayacaq Maaş belə hesablanacaq
Bununla bağlı Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.
General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.
Müdafiə naziri bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.
Kollegiya iclasının sədri Z.Həsənov 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizlik Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Ordusunda 2025-ci il ərzində həyata keçirilmiş xidməti-döyüş fəaliyyəti ətraflı şəkildə təhlil olunub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar qətiyyətlə davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 15 ikitərəfli və çoxtərəfli beynəlxalq təlimlərdə iştirak etdiklərini bildiriblər. Müxtəlif növ hərbi təlimlərin və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
Azad olunmuş ərazilərdə həyata keçirilən mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi, eləcə də hərbi infrastrukturların yaradılması istiqamətində görülən işlər kollegiya üzvlərinin diqqətinə çatdırılıb. Məruzə olunub ki, 2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlət qurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.
Şəxsi heyətin sağlamlığının qorunması və möhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyinin artırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinə xüsusi önəm verildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmiş normalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchiz edildiyi vurğulanıb.
Fransanın tanınmış modeli və sosial media fenomeni Pierre Amaury Crespeau 3
Türkiyənin Osmaniye vilayətində qeyri-adi hadisə yaşanıb.
Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində səsl
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar t�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın b
"Kurtlar Vadisi Pusu" serialının ən məşhur səhnələrindən biri
TPV Technology Group şirkəti korpusun hər iki tərəfində ekranla təchiz ed
Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs ol
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
