Baş nazirə etiraz edib, nazir vəzifəsindən imtina etmişdi Dosye


Digərləri 09 Fev 2026 21:37:00 230 0

Baş nazirə etiraz edib, nazir vəzifəsindən imtina etmişdi  Dosye

Xəbər verdiyimiz kimi, bu gün sabiq deputat, AVP-nin sabiq sədri Fəzail Ağamalı 78 yaşında dünyasını dəyişib.

Son.az axar.az-a istinadən bildirir ki, Fəzail Rəhim oğlu Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Şıxlar kəndində anadan olub. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirib. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olub. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalıb.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunub və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973-1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışıb. 1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində işləyib, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakıya köçüb.

1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulub, AXC-nin həmin il iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak edib və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilib. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərib, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa verib.

1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaradıb və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilib.

1992-1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. 1994-cü ilin avqustunda dövrün Baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, nazir əvəzi vəzifəsindən istefa verib.

Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb?  Açıqlama like
  • 09 Fev 21:12  
Digərləri Son 5 ildə Azərbaycanda ən çox qar nə vaxt və hara düşüb? Açıqlama

Son beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə alını

arrow Ətraflı
"Eşref Rüya"da yeni sima like
  • 09 Fev 21:00  
Şou-biznes "Eşref Rüya"da yeni sima

"Eşref Rüya" serialı son bölümlərdəki gərgin ssenarisi ilə iz

arrow Ətraflı
Mask Ayda şəhər tikəcək like
  • 09 Fev 20:46  
Dünya Mask Ayda şəhər tikəcək

Ayda yaxın on ildən az müddətdə şəhər salına bilər. 

arrow Ətraflı
Fəzail Ağamalının ölüm səbəbi bilindi like
  • 09 Fev 20:33  
Digərləri Fəzail Ağamalının ölüm səbəbi bilindi

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyası

arrow Ətraflı
Əli Kərimlinin həbs müddəti uzadıldı like
  • 09 Fev 20:22  
Digərləri Əli Kərimlinin həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətin�

arrow Ətraflı
62 yaşlı türk müğənni özünü körpə göbəyi ilə CAVANLAŞDIRDI like
  • 09 Fev 20:13  
Şou-biznes 62 yaşlı türk müğənni özünü körpə göbəyi ilə CAVANLAŞDIRDI

Mə.hur türkiyəli müğənni Yonca Evcimikdən yenə çox danışılacaq bir a

arrow Ətraflı
Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC like
  • 09 Fev 19:50  
Digərləri Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Həyatın sürətli axarında bəzən kiçik detalları düşünən, səs tonunu

arrow Ətraflı
Xalq artistinin son vəziyyəti açıqlandı like
  • 09 Fev 19:39  
Kriminal Xalq artistinin son vəziyyəti açıqlandı

Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəx

arrow Ətraflı
Fəzail Ağamalı vəfat etdi like
  • 09 Fev 19:27  
Digərləri Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.

arrow Ətraflı
ABŞdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq müzakirə olundu like
  • 09 Fev 19:22  
Siyasət ABŞdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq müzakirə olundu

9 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun B

arrow Ətraflı
Sabah 09:30da qaz kəsiləcək like
  • 09 Fev 18:55  
Digərləri Sabah 09:30da qaz kəsiləcək

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında f

arrow Ətraflı
Pensiya artımı kimlərə şamil olunacaq? like
  • 09 Fev 18:45  
Digərləri Pensiya artımı kimlərə şamil olunacaq?

Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilm

arrow Ətraflı
Paşinyan ABŞnin vitseprezidenti ilə görüşdü like
  • 09 Fev 18:26  
Dünya Paşinyan ABŞnin vitseprezidenti ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid

arrow Ətraflı
Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var like
  • 09 Fev 18:13  
Digərləri Nəcməddin Sadıkovun müavini olmuş generalleytenantdan xəbər var

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əm

arrow Ətraflı