KOBİA Zərdabda sahibkarları dinlədi
Digərləri 12 Yan 2026 12:48:00 56 0
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib.
Bu xəbəri də oxu: Samir Müslümzadə vəfat etdi
Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük, ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq, balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.
Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado
"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə
"1ST Construction" şirkətinin dövlət qarşısında külli miqdarda
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�
Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut
Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.
Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demə
