Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?


Digərləri 12 Yan 2026 07:07:00 71 0

Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?

Evin içində atdığınız hər addımda arxanızca gələn bir pişik... Əgər o, sizi hamama, mətbəxə, qonaq otağına, hətta yatağa qədər təqib edirsə, bunun sadəcə "şirinlik" olmadığını bilmək faydalıdır. Mütəxəssislərin fikrincə, pişiklərin sahiblərindən ayrılmamasının arxasında çoxumuzun heç ağlına gətirmədiyi ciddi səbəblər dayanır.

Son.az xəbər verir ki, pişik davranışlarını araşdıran mütəxəssislərin bildirdiyinə görə, bu təqib halı tamamilə instinktivdir və çox vaxt müəyyən bir mesaj daşıyır. Ev pişikləri nə qədər rahat həyat sürsələr də, daxillərində hələ də ovçu əcdadlarının izlərini daşıyırlar. Bu səbəbdən onlar sizi sadəcə bir "ev yoldaşı" kimi deyil, həyatlarının mərkəzində duran əsas fiqur kimi görürlər.

Heyvan davranışları üzrə ixtisaslaşan "Kinship" nəşri bu vəziyyəti belə izah edir: "Pişik üçün insan təkcə sevgi mənbəyi deyil; eyni zamanda ən etibarlı qida, diqqət və təhlükəsizlik qaynağıdır."

Bu davranışın əsas səbəbləri: Pişiklərin təbii qidalanma rejimi gün ərzində kiçik porsiyalarla təxminən beş paydır. Lakin ev pişikləri insanların müəyyən etdiyi saatlara uyğunlaşmalı olurlar. Ac qalan pişik arxanızca gələrək və ya miyoldayaraq bu vəziyyəti sizə xatırladır.

Pişiklər olduqca ağıllı və inadkar canlılardır. Diqqət çəkmək üçün pəncələri ilə toxunmaq, əşyaları yerə atmaq və ya birbaşa gözlərinizin içinə baxmaqla "məni fərq et" mesajı verirlər.

Əgər pişiyiniz son vaxtlar normaldan daha çox arxanızca gəlməyə başlayıbsa, bu, bir xəstəliyin işarəsi ola bilər. Ağrı və ya narahatlıq hiss edən pişiklər özlərini ən güvəndə hiss etdikləri şəxsə daha çox yaxınlaşırlar. Belə hallarda baytar müayinəsi tövsiyə olunur.

Pişiklər rutinləri (adət etdikləri nizamı) sevirlər. Evdəki nizamın dəyişməsi, yeni əşya və ya kənar qonaq onları stressə sala bilər. Bəzi pişiklər stres anında gizlənsə də, bəziləri sahibinin yanından ayrılmamağı üstün tutur.

Pişiklər ərazi hissi güclü olan heyvanlardır. Bəzi mütəxəssislərə görə, pişiklər sahiblərini ailənin bir parçası kimi görür və onları "nəzarətdə saxlamaq" ehtiyacı hiss edirlər.

Hamama gedəndə belə arxanızca gəlməsi əslində aranızdakı güclü bağın bir təzahürüdür. Sizi öz qoruyucusu və dostu kimi qəbul etdiyini göstərir.

Pişiklər sahibinin üzgün və ya xəstə olduğunu hiss edə bilirlər. Belə anlarda daha çox yaxınlıq göstərib yanınızda qalırlar. Bu, onların sandığımızdan daha çox empatiya qabiliyyətinə malik olduğunu sübut edir. Lalə Qüdrətova Son.az

Bağırsaq sağlamlığı üçün beş faydalı məsləhət like
  • 12 Yan 06:06  
Digərləri Bağırsaq sağlamlığı üçün beş faydalı məsləhət

Sosial mediada və ya supermarket rəflərində bağırsaq sağlamlığını yax

arrow Ətraflı
“Estetikim yoxdur” like
  • 12 Yan 05:05  
Şou-biznes “Estetikim yoxdur”

Model Kendall Cenner son vaxtlar səslənən estetik müdaxilə iddialarına mü

arrow Ətraflı
Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər like
  • 12 Yan 04:04  
Digərləri Qızdırması olan uşağa bu səhvləri etməyin – vəziyyəti daha da ağırlaşdıra bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°

arrow Ətraflı
Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz like
  • 12 Yan 03:03  
Digərləri Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz

Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır.

arrow Ətraflı
Aclıq olmadan “cavanlaşma”: Amerikalı alimlərdən yeni pəhriz modeli like
  • 12 Yan 02:02  
Digərləri Aclıq olmadan “cavanlaşma”: Amerikalı alimlərdən yeni pəhriz modeli

ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikl

arrow Ətraflı
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq  Gecə 4° soyuq like
  • 12 Yan 01:32  
Digərləri Bakıda bu tarixdə əsl qış şaxtası olacaq Gecə 4° soyuq

Bakıda və Abşeron yarımadasında yanvarın 17-dən havanın temperaturu 0°

arrow Ətraflı
Qolundakı saatın 1,6 milyon qiyməti var like
  • 12 Yan 01:29  
Şou-biznes Qolundakı saatın 1,6 milyon qiyməti var

Lüks xərcləri ilə tez-tez xəbər başlıqlarına çıxan aktrisa Hande Erç

arrow Ətraflı
İstanbul aeroportlarında 124 reys ləğv edildi like
  • 12 Yan 01:26  
Digərləri İstanbul aeroportlarında 124 reys ləğv edildi

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə

arrow Ətraflı
Lənkəranda ev yandı, iki kənd işıqsız qaldı like
  • 12 Yan 01:03  
Digərləri Lənkəranda ev yandı, iki kənd işıqsız qaldı

Lənkəranda fərdi yaşayış evində yanğın olub.

arrow Ətraflı
Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır like
  • 12 Yan 01:01  
Digərləri Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır

Səhiyyə sistemində köklü dəyişikliklərin anonsu verilib. ABŞ-ın Utah �

arrow Ətraflı
Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşdu like
  • 12 Yan 00:49  
Digərləri Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşdu

Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.

arrow Ətraflı
Britaniyanın Tehrandakı səfiri İran XİNə çağırıldı like
  • 12 Yan 00:47  
Digərləri Britaniyanın Tehrandakı səfiri İran XİNə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Na

arrow Ətraflı
"Pulum çoxdur, araq içməkdə cavan oğlanları böyrü üstə qoyaram"  Xalq artisti like
  • 12 Yan 00:44  
Şou-biznes "Pulum çoxdur, araq içməkdə cavan oğlanları böyrü üstə qoyaram" Xalq artisti

"Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm v�

arrow Ətraflı
Qonşu ölkədə matəm elan edildi like
  • 12 Yan 00:31  
Dünya Qonşu ölkədə matəm elan edildi

İran hakimiyyəti "ABŞ və sionist rejiminə müqavimət göstərərək h

arrow Ətraflı
Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir? like
  • 12 Yan 00:23  
Digərləri Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir?

Düzgün qəhvə istehlakı orqanizmin daha çox enerji xərcləməsinə, tonusu

arrow Ətraflı