KİV: ABŞ yaxın həftələrdə İrana hücum planlaşdırır
Digərləri 11 Yan 2026 23:32:00 67 0
ABŞ İrandakı etirazlar fonunda "yaxın həftələrdə" bu ölkəyə hücum etməyi planlaşdırır.
Bu xəbəri də oxu: Aclıq olmadan “cavanlaşma”: Amerikalı alimlərdən yeni pəhriz modeli
Son.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr "İran İnternational"a bildiriblər.
Mənbənin sözlərinə görə, ABŞ ötən həftə çoxlu hərbi texnikanı Yaxın Şərqə göndərib və bu proses qarşıdakı günlərdə də davam edəcək.
Qeyd olunub ki, İsrail sadəcə ABŞ-nin addımından sonra və yalnız İranın İsrailə hücum etməsi və ya belə hücum niyyətinin açıq əlamətlərini göstərməsi halında əməliyyata qoşulacaq.
Daha əvvəl "Reuters" agentliyi İsrailin son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin İrandakı vəziyyətə müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son günlərdə dəfələrlə İrana müdaxilə ehtimalından danışıb və İran rəsmilərini etirazların zorla yatırılmaması barədə xəbərdar edib.
Sonuncu dəfə ABŞ ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə zamanı bu ölkəyə hava zərbələri endirmişdi. Son.az
"Qorxmaz Əlili ilə danışmıram, amma oğlu Məmməd Əlili ilə dostam.
Xəbər verdiyimiz kimi, Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəti
Heç bir halda Hindistana səfər etməyin, hətta Tac Mahalı görmə həvəsin
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəh
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənova ağır itki
Populyar musiqi janrının ən tanınmış simalarından biri, kolumbiyalı mü
Kartof kroket hazırlayarkən ən böyük problem onların qızararkən dağılm
Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım m
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Kubanı təhdid etməyə başlayı
Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü
Bir çoxumuz üçün 40 yaş qocalmağın başlanğıcı və ya gəncliyin itiri
Azərbaycanda devalvasiya narahatlığı hər zaman mövcud olub. Əhali arasın
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Xəzər dənizində üç Lukoi
ABŞ ordusunun Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün həyat
İran Prezidenti Məsud Pezeşkian ölkə televiziya kanalları vasitəsilə və
