250 kqlıq ayı ABŞ sakininin zirzəmisində sığınacaq tapdı
Dünya 11 Yan 2026 14:18:00 85 0
ABŞ-nin Kaliforniya ştatında maraqlı və eyni zamanda gərgin hadisə baş verib. Altadena yaşayış məntəqəsində sakin Ken Consonun evinin zirzəmisinə təxminən 250 kiloqram çəkisi olan nəhəng ayı girmiş və bir aydan çox müddət oradan çıxmayıb.
Bu xəbəri də oxu: Xəzər dənizində "Lukoil"ə zərbə endirildi
Conson dərhal Kaliforniyanın Vəhşi Təbiət və Balıqçılıq Departamentinə müraciət edib. Departament ilkin olaraq evin yaxınlığında tələlər qurub, amma tələ kiçik bir ayını cəlb edib, nəhəng qonağı isə tuta bilməyib. Daha sonra yüksək səsli fitlər və digər qorxutma üsulları tətbiq edilsə də, ayı zirzəminin rahatlığından imtina etməyib.
Bu vəziyyət Milad bayramını da təsir edib - Conson bir neçə həftə boyunca stres içində yaşayıb və evin təhlükəsizliyi barədə narahat olub. Departamentin uğursuz cəhdlərindən sonra o, Ayı Liqası adlı ixtisaslaşmış qeyri-kommersiya təşkilatına müraciət edib.
Təşkilatın mütəxəssisləri qeyri-adi üsula əl atıblar: ayıya bitki yağı ilə doldurulmuş peyntbol topları atıblar. Maraqlısı odur ki, cəmi 20 dəqiqə sonra ayı zirzəmini tərk edib və ərazidən uzaqlaşıb.
Conson bundan sonra zirzəminin girişini ikiqat faner və qum torbaları ilə qoruyub, əlavə olaraq xüsusi elektrik döşəmə quraşdırıb. Bir müddət sonra ayı geri qayıtmağa çalışsa da, elektrik cərəyanından qorxaraq uzaqlaşıb və bir daha evi narahat etməyib.
Kənan Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il t
Məşhur reper Bad Bunny hüquqi mübahisənin mərkəzinə düşüb. Gənc musi
Böyük Britaniyada, xüsusilə Birmingham və ətraf bölgələrdə dünən ax�
Bolqaristanlı məşhur görücü Vanqa, tərəfdarlarının iddiasına görə,
Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun m
Aparılan elmi araşdırmalar göstərir ki, yaşlılıq dövründə ət istehla
İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ölkədə davam edən
Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Avstraliyanın Melburn şəhərinin mərkəzində gecə saatlarında baş verən
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitə
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər na
İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və
Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə
Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al
