Rza Pəhləvidən yeni çağırış: “Küçələri tərk etməyin”
Dünya 11 Yan 2026 11:50:00 68 0
İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ölkədə davam edən etirazlarla bağlı xalqa növbəti müraciətini edib.
Bu xəbəri də oxu: Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb
Son.az xəbər verir ki, Pəhləvi çıxışında kütləvi aksiyaların hakimiyyətin mövqelərini ciddi şəkildə zəiflətdiyini bildirib. Onun sözlərinə görə, İslam Respublikası küçələrə çıxan milyonlarla insana qarşı durmaq üçün kifayət qədər qüvvəyə malik deyil.
Rza Pəhləvi qeyd edib ki, ona daxil olan etibarlı məlumatlara əsasən, təhlükəsizlik strukturlarında ciddi çatışmazlıq yaranıb. Bir çox təhlükəsizlik əməkdaşı vəzifələrini tərk edib və ya etirazçıları dağıtmaqla bağlı verilən əmrlərə tabe olmaqdan imtina edib.
Pəhləvi vurğulayıb ki, ali rəhbər Əli Xameneinin ixtiyarında əsasən İran xaricindən gətirilmiş, xalqı öz düşməni hesab edən və zorakılığa meylli azsaylı muzdlu qruplar qalıb. O, bu şəxslərin törətdikləri əməllərə görə cavab verməli olacaqlarını bildirib.
Vəliəhd bu gün saat 18:00-da vətəndaşları yenidən etiraz aksiyalarına qoşulmağa çağırıb. O, insanlardan ailə üzvləri və dostları ilə birlikdə şəhərlərin əsas küçələrinə qruplar halında çıxmağı, bir-birindən ayrılmamağı və təhlükəli yan küçələrdən uzaq durmağı xahiş edib.
"Mübarizədə tək deyilsiniz. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənləriniz sizin səsinizi ucaldır. Bu gün beynəlxalq ictimaiyyət İran xalqının milli hərəkatının yanındadır və göstərdiyiniz cəsarəti yüksək qiymətləndirir", - deyə Pəhləvi bildirib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın İran xalqının cəsarətini izlədiyini və dəstək verməyə hazır olduğunu bəyan etdiyini vurğulayıb.
"Küçələrdən çəkilməyin. Qəlbim sizinlədir. İnanıram ki, tezliklə sizinlə bir yerdə olacağam", - deyə vəliəhd müraciətini yekunlaşdırıb.
Qeyd edək ki, İranda hökumət əleyhinə aksiyalar artıq 14 gündür davam edir və etirazlar ölkənin bir çox şəhərlərini əhatə edib. Qarşıdurmalar nəticəsində indiyədək 116 nəfərin həyatını itirdiyi bildirilir.
Kənan Son.az
Xəbərə aid video
Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Avstraliyanın Melburn şəhərinin mərkəzində gecə saatlarında baş verən
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitə
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər na
İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və
Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə
Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al
Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar
Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaş
Enerji xərclərinin artdığı bir dövrdə bir çox insan alternativ isinmə �
Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gö
Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədə
Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam
"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə
Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv
