Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi yolla bərpa edilə bilərdi
Siyasət 11 Yan 2026 14:10:00 70 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsində xüsusi olaraq qeyd etmişdir ki, əvvəllər işğal altında olmuş torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində hərbi variantın labüd olması ilə bağlı heç bir şübhə qalmamışdı.
Bu xəbəri də oxu: Xarici işlər nazirinin müavini İƏTin Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
Azərbaycan tarixə qovuşan münaqişənin diplomatik yollarla həll olunması istiqamətində zəruri səylər göstərsə də, təəssüf ki, onlar nəticəsiz qalmışdır. İstər beynəlxalq təşkilatlar, istərsə də aparıcı dövlətlər Ermənistanın ərazi iddialarından qaynaqlanan Qarabağ probleminin həllində ədalətli, beynəlxalq hüquqa uyğun mövqe tutmayaraq, de facto ermənilərin işğalçılıq siyasətinə, separatçılığa açıq və ya gizli dəstək verirdilər və Azərbaycanı heç bir halda qane etməyən status quonun saxlanılmasına çalışırdılar. Hətta 2020-ci ilin 27 sentyabr tarixindən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları aparılarkən fəaliyyətinə son qoyulan Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün qarşılıqlı kompromislərin zəruriliyi haqqında mənasız çağırışlar edirdilər.
Belə bir məntiqsiz yanaşmaya qətiyyətli cavab Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmişdir - Azərbaycanın ərazi bütövlüyü ümumiyyətlə müzakirə mövzusu deyil və biz işğalçı Ermənistanla heç bir kompromisə getməyəcəyik. Dövlətimizin döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrini icra etməsi, Ermənistanın kapitulyasiya aktına imza atması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası əyani formada nümayiş etdirdi ki, beynəlxalq münasibətlərdə hərbi güc faktoru beynəlxalq hüququn və beynəlxalq ədalətin bərpasında həlledici rol oynayır.
Əldə edilən böyük Zəfər nəticəsində artıq biz sülh şəraitində yaşayırıq. Ancaq Dövlət Başçısının qeyd etdiyi kimi, biz hər an ayıq olmalıyıq, öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Son.az
Məşhur reper Bad Bunny hüquqi mübahisənin mərkəzinə düşüb. Gənc musi
Böyük Britaniyada, xüsusilə Birmingham və ətraf bölgələrdə dünən ax�
Bolqaristanlı məşhur görücü Vanqa, tərəfdarlarının iddiasına görə,
Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun m
Aparılan elmi araşdırmalar göstərir ki, yaşlılıq dövründə ət istehla
İranın mühacirətdə yaşayan vəliəhdi Rza Pəhləvi ölkədə davam edən
Yanvarın 11-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Avstraliyanın Melburn şəhərinin mərkəzində gecə saatlarında baş verən
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitə
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər na
İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və
Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə
Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al
Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar
