Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlanıb
Digərləri 10 Yan 2026 13:58:00 80 0
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlər başlanıb.
Bu xəbəri də oxu: Nərimanovda "BYD"
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə 50-yə yaxın media nümayəndəsi iştirak edir. Təlimə ölkənin tanınmış dilçi-alimləri, media üzrə mütəxəssisləri və ustad jurnalistlər cəlb olunublar.
Təlimin açılışında çıxış edən Teleradio Akademiyasının rektoru Almaz Mahmud bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində jurnalistlər qarşısında qoyduğu məsələlərdən irəli gələrək Teleradio Akademiyası həmin qərarı alıb: "Məqsəd mediada Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkmək, çatışmazlıqları həll etməkdir. Jurnalistika daim təkmilləşməyə ehtiyacı olan bir sahədir və bu baxımdan belə təlimlərin keçirilməsi vacibdir".
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli həmin təşəbbüsü yüksək qiymətləndirib. Azərbaycan dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli kimliyimizin əsas dayaqlarından biri olduğunu diqqətə çatdırıb.
Məşhur diktor, Əməkdar artist Nərgiz Cəlilova vurğulayıb ki, Akademiyada dəfələrlə keçirilən təlimlər məhz qeyd olunan boşluqların aradan qaldırılmasına xidmət edir və həmin təşəbbüs yüksək dəyərləndirilməlidir. Nərgiz Cəlilova Azərbaycan dilinin qorunması istiqamətində atılan addımlara görə Teleradio Akademiyasına təşəkkür edib.
Liviyada telefon mağazası sahibinin 2010-cu ildə sifariş etdiyi "Nokia&
Türkiyəli müğənni Mabel Matiz "Perperişan" mahnısının sözlə
"Simurq" uşaq musiqi festivalı layihəsinin növbəti seçim mərhə
Sahəsi tədricən kiçildiyinə görə planetin ən böyük aysberqi statusunu
Tanınmış sənətçi Təranə Qumralın bloqer qızı Fidan "Günə Uğur
Azərbaycanda yanvarın 11-də havanın əsasən yağmursuz keçəcəyi gözlən
ABŞ Prezidenti Donald Tramp Azərbaycana məxsus "YouTube" kanalında
ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhl�
"Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarə
"Bizimləsən" verilişinin qonağı II Qarabağ müharibəsinin işti
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva paylaşımı
Əməkdar artist Könül Kərimovanın villasından görüntülər yayımlanıb
Gəncədə 35 yaşlı qadın yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb
"Yanvarın 8-də Bakıda "Gülüstan" sarayında "Xızı-Ab�
