Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı


Digərləri 09 Yan 2026 20:42:00 69 0

Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı

Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu və onunla birlikdə korrupsiya işi çərçivəsində mühakimə olunan digər şəxslərin həbsdə qalması barədə qərar qəbul edilib. İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən son iclasda İmamoğlu da daxil olmaqla, ümumilikdə 402 nəfərin həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.

Son.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və "İmamoğlu Cinayət Təşkilatı" adlandırılan quruluşla bağlı ittihamnamədə çox ciddi cəzalar nəzərdə tutulub. Əkrəm İmamoğlu "təşkilatın qurucusu və lideri" kimi təqdim olunur. Prokurorluq onun 142 müxtəlif cinayət əməlinə görə 828 ildən 2352 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir. İttihamnamədə korrupsiya və qanunsuz maliyyə əməliyyatları ilə bağlı geniş iddialar yer alıb.

Prezidentliyə namizəd və İBB sədri kimi fəaliyyət göstərmiş Əkrəm İmamoğlu ötən ilin 23 mart tarixindən bəri Silivridəki Mərmərə həbsxanasında saxlanılır. Məhkəmənin bu gün keçirilən iclasında prokurorluğun vəsatəti təmin edilib və müttəhimlərin həbs müddətinin davam etdirilməsinə qərar verilib. İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq mühakimə prosesinin davam etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq"dan bəraət versə də, "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə 1 il 5 ay 15 gün, "hədə-qorxu" maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

Bu məkəmə işi Türkiyənin ən böyük korrupsiya araşdırmalarından biri hesab olunur. İttiham olunan 402 nəfər arasında bələdiyyənin müxtəlif vəzifəli şəxsləri və iş adamları da var. Araşdırmanın nəticəsi olaraq hazırlanan İBB ittihamnaməsi çərçivəsində məhkəmənin növbəti iclaslarında şahidlərin dinlənilməsi və sübutların araşdırılması gözlənilir. Lalə Qüdrətova Son.az

"Rəqsanəyə 500 manat göndərmişəm"  Manaf Ağayev like
  • 09 Yan 20:37  
Şou-biznes "Rəqsanəyə 500 manat göndərmişəm" Manaf Ağayev

"Rəqsanənin "Manaf məni axtarmayıb" deməsindən çox incidim

arrow Ətraflı
“Olina”nın ələ keçirilmə görüntüləri yayıldı like
  • 09 Yan 20:28  
Dünya “Olina”nın ələ keçirilmə görüntüləri yayıldı

Məlum olduğu kimi, ABŞ ordusu Venesuela ilə əlaqəli olduğu bildirilən &q

arrow Ətraflı
Qızılın qiyməti tarixi rekordunu yenilədi like
  • 09 Yan 20:20  
Digərləri Qızılın qiyməti tarixi rekordunu yenilədi

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini k

arrow Ətraflı
"Trampın oğlu onunla evlənsə, Qrenlandiya “cehiz” veriləcək" like
  • 09 Yan 20:06  
Dünya "Trampın oğlu onunla evlənsə, Qrenlandiya “cehiz” veriləcək"

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq istəyi ətrafında

arrow Ətraflı
“Telegram” və “WhatsApp”da bu funksiyanı aktivləşdirin”  ETX like
  • 09 Yan 19:56  
Digərləri “Telegram” və “WhatsApp”da bu funksiyanı aktivləşdirin” ETX

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) "Telegram" və "W

arrow Ətraflı
Nəsimi Nəbizadənin qardaşı həbs olundu like
  • 09 Yan 19:50  
Digərləri Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbiz

arrow Ətraflı
"Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram" like
  • 09 Yan 19:48  
Şou-biznes "Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"

"Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir

arrow Ətraflı
Azərbaycanda bu vəzifələr ləğv edildi like
  • 09 Yan 19:29  
Digərləri Azərbaycanda bu vəzifələr ləğv edildi

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi str

arrow Ətraflı
Nizami Gəncəvinin sitatı Hollivud filmində  Adı səhv yazıldı like
  • 09 Yan 19:23  
Şou-biznes Nizami Gəncəvinin sitatı Hollivud filmində Adı səhv yazıldı

Amerikalı rejissor Co Karnahanın "Not without hope" ("Ümidsiz

arrow Ətraflı
Azərbaycanda yaşı 100dən yuxarı olan pensiyaçıların sayı açıqlandı like
  • 09 Yan 19:12  
Digərləri Azərbaycanda yaşı 100dən yuxarı olan pensiyaçıların sayı açıqlandı

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 n

arrow Ətraflı
“Mən yaxşı insan deyiləm”  Xalq artistinin oğlu like
  • 09 Yan 19:09  
Şou-biznes “Mən yaxşı insan deyiləm” Xalq artistinin oğlu

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad instaqram hesabında etdiyi pay

arrow Ətraflı
"Mənə beynəlxalq hüquq lazım deyil" like
  • 09 Yan 19:00  
Dünya "Mənə beynəlxalq hüquq lazım deyil"

"Baş komandan kimi səlahiyyətlərimi yalnız özüm məhdudlaşdıra bil

arrow Ətraflı
İranda prokuroru yandırdılar like
  • 09 Yan 18:52  
Digərləri İranda prokuroru yandırdılar

Xəbər verdiyimiz kimi, İranda davam edən iğtişaşlar zamanı Şimali Xoras

arrow Ətraflı
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib like
  • 09 Yan 18:46  
Digərləri Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

Ucar şəhər 2 nömrəli tam orta məktəbin 1958-1960-cı illərdə inşa olun

arrow Ətraflı
ABŞ ordusu yeni "M1E3" döyüş tankını təqdim etdi like
  • 09 Yan 18:25  
Dünya ABŞ ordusu yeni "M1E3" döyüş tankını təqdim etdi

ABŞ ordusu Detroyt Avtomobil Sərgisinə hazırlıq çərçivəsində yeni M1E3

arrow Ətraflı