"Space TV", "MTV", "Dünya TV"nin yayımı müvəqqəti dayandırılacaq


Digərləri 09 Yan 2026 13:51:00 92 0

"Space TV", "MTV", "Dünya TV"nin yayımı müvəqqəti dayandırılacaq

“Neftçi TV”nin lisenziyası ləğv edildi

09 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilib.

Audiovizual Şuradan Son.az-a verilən məlumata görə, iclasda müxtəlif məsələlər müzakirə olunub.

İlk olaraq "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılmışdır. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilmiş, xəbərdarlıq olunmuşdur. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət etmişdir. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilmişdir. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunmuş və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

14 noyabr 2025-ci il tarixdə "Dünya TV" kanalında yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək "Dünya TV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

27 noyabr 2025-ci il tarixdə "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək "MTV" televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə, "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək "Space FM" radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda, ən son, keçən ilin 25 dekabr tarixində "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı müzakirə olunmuşdur. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunmuş və "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. "Space TV" kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə "Space TV" televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Ayda 347 manata mənzil  Gələn həftədən satışa çıxır like
  • 09 Yan 13:50  
Digərləri Ayda 347 manata mənzil Gələn həftədən satışa çıxır

Ayda 347 manat ödəməklə mənzil sahibi olmaq mümkündür.

arrow Ətraflı
Zaur Şahbalayev İŞDƏN ÇIXARILDI like
  • 09 Yan 13:35  
Digərləri Zaur Şahbalayev İŞDƏN ÇIXARILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidm�

arrow Ətraflı
Daha bir neçə tiktokerlə bağlı cinayət işlərinə like
  • 09 Yan 13:20  
Kriminal Daha bir neçə tiktokerlə bağlı cinayət işlərinə

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tik

arrow Ətraflı
Türkiyədə fırtına 3 nəfərin ölümünə səbəb oldu like
  • 09 Yan 13:16  
Digərləri Türkiyədə fırtına 3 nəfərin ölümünə səbəb oldu

Türkiyədə davam edən fırtına insan tələfatına səbəb olub. 

arrow Ətraflı
Yağış, qar, şimalqərb küləyi...  Sabahın like
  • 09 Yan 13:14  
Digərləri Yağış, qar, şimalqərb küləyi... Sabahın

Azərbaycanda yanvarın 10-na gözlənilən hava şəraiti haqqında proqnoz aç

arrow Ətraflı
İstanbulda tanınmış şirkətlərə ƏMƏLİYYAT  7 rəhbər həbs edildi like
  • 09 Yan 13:06  
Digərləri İstanbulda tanınmış şirkətlərə ƏMƏLİYYAT 7 rəhbər həbs edildi

İstanbul Baş Prokurorluğu tərəfindən qızıl qaçaqmalçılığına qarş�

arrow Ətraflı
Komaya düşən Nigara görə həkimlərə cinayət işi açıldı like
  • 09 Yan 13:01  
Kriminal Komaya düşən Nigara görə həkimlərə cinayət işi açıldı

Paytaxt sakini Nigar Budaqlı​nın komaya düşməsi ilə nəticələnən bu

arrow Ətraflı
Onlara yüksək vəzifələr verildi  Vergi Xidmətində YENİ TƏYİNATLAR like
  • 09 Yan 12:56  
Digərləri Onlara yüksək vəzifələr verildi Vergi Xidmətində YENİ TƏYİNATLAR

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə N

arrow Ətraflı
"Deyəcəklər, acından ölürsən?" like
  • 09 Yan 12:55  
Şou-biznes "Deyəcəklər, acından ölürsən?"

Əməkdar artist Yusif Mustafayev ad günü və məclislərlə bağlı maraqlı

arrow Ətraflı
Xəstənin ölümündə günahlandırılan həkimin işi məhkəməyə göndərildi like
  • 09 Yan 12:45  
Kriminal Xəstənin ölümündə günahlandırılan həkimin işi məhkəməyə göndərildi

Ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü Məle

arrow Ətraflı
"Vaqa"nın cinayət işi ilə bağlı qərar verildi like
  • 09 Yan 12:40  
Kriminal "Vaqa"nın cinayət işi ilə bağlı qərar verildi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Vaqa&

arrow Ətraflı
Türk Hava Yolları Tehrana uçuşları ləğv etdi like
  • 09 Yan 12:31  
Dünya Türk Hava Yolları Tehrana uçuşları ləğv etdi

Türk Hava Yolları İranın paytaxtı Tehrana uçuşları ləğv edib.

arrow Ətraflı
Bakıda bu restoranlarda “dəvə qutabı” menyudan ÇIXARILDI like
  • 09 Yan 12:24  
Digərləri Bakıda bu restoranlarda “dəvə qutabı” menyudan ÇIXARILDI

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil k

arrow Ətraflı
Moskvada hava limanında azərbaycanlı sərnişinlər çıxılmaz vəziyyətdə like
  • 09 Yan 12:22  
Digərləri Moskvada hava limanında azərbaycanlı sərnişinlər çıxılmaz vəziyyətdə

Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləy

arrow Ətraflı
Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı like
  • 09 Yan 12:12  
Digərləri Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı

Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Ha

arrow Ətraflı