Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydular: ElmiTədqiqat İnstitutunda
Digərləri 08 Yan 2026 18:15:00 106 0
Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim-radioloq Ramil Abdullayevin iddialarına görə, hadisə onun çalışdığı yerdə, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib.
Son.az Lent.az-a istinadən xəbər verir ki, R.Abdullayev direktor Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etməsindən sonra aralarında problem yarandığını bildirib.
"Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqust ayında direktor Mətanət Əfəndiyeva məni yanına çağıraraq bildirdi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-da kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səsdinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə bildirmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.
Oktyabrın sonunda məzuniyyətdə olarkən əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında, daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, ştatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər", - R.Abdullayev deyib.
Həkim qeyd edib ki, rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxs ona hücum edib:
"Dekabr ayının 24-də intizam komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim. Lakin onun mənə yumruq vurmasına, təhqirlər etməsinə baxmayaraq, heç bir şey etmədim. Bilirdim ki, bu bir təxribatdır. Bununla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm".
R.Abdullayev əlavə edib ki, işlədiyi dövrdə beş direktor dəyişib, lakin heç biri ilə belə bir hal yaşamayıb:
"Mətanət Əfəndiyeva 2024-cü ilin yanvar ayında vəzifəyə təyin olunub. 2025-ci ildə müqaviləsi bir il uzadılıb. Bu il yanvarın 22-də onun müqaviləsi bitir. Direktor vəzifədən çıxana yaxın pul yığmağı, saxta ştatlar açmağı düşünür.
Dekabrın 25-də qanunsuz iclas keçirilərək qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir. Bir neçə aidiyyəti qurumdan bildirildi ki, bu hal işdən çıxarılma üçün səbəb deyil".
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva isə iddiaları təkzib edib:
"Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu, yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür, Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduğu yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni nizam-intizam komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə kimisə işdən çıxara bilər!? Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.
Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində, bəlkə də, problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.
Səsdinləmə cihazına gəldikdə isə mən həyatımda elə bir cihaz görməmişəm. Təsəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib, bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu, qurma hadisədir, yoxsa direktor işini-gücünü atıb Ramillə məşğul olub.
Otağın açarına gəlincə isə onun biri mütləq təsərrüfat müdirində olmalıdır. Ora bizim şəxsi mülkümüz deyil ki, kabinetin qapısını bağlayıb, açarı cibimizə qoyub gedək".
Direktor əlavə edib ki, Ramil həkimin bonuslarına heç vaxt göz dikməyib:
"Şüa ilə işləyən heç bir həkim normativlərdən qırağa çıxıb, daha çox xəstə qəbul edə bilməz. Limit həddini mən yox, qanun tənzimləyir. Hər həkimin bir günlük iş yükü müəyyənləşib. Biz həkimi o qədər çox işlədə bilmərik ki, o, qısa müddətdə öz səhhətindən olsun. Ramil bonus arxasınca qaçan adamdır. Ona izah edə bilmirdim ki, sən cavan adamsan, bu qədər şüalanmağın qadağandır. Bundan əlavə, aparat da gücə düşürdü. O, bunların heç birini nəzərə almırdı. Bonusa isə müdiriyyət heç bir halda qarışa bilməz, mən də bonusa yaxın duran insan deyiləm. Ona izah edirdim ki, sən xəstəyə niyə tələb olunandan çox nahiyə çəkilişi edirsən? Bunun xəstəyə xeyri yoxdur axı. Ramil həkim də bu hallardan qıcıqlanıb. Məzuniyyətdə ola-ola işə gəlirmiş. Qeydiyyatdakı xanımlara bildirib ki, məni müdiriyyət çağırıb. Məzuniyyətdə olan işçini işlədə bilmərik".
Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xar
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlar
Yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində 8 yanvar tarixi
Meyxanaçı Pərviz Bülbülənin qonaq olduğu "Rəngarəng" veriliş
Keçmiş təhsil naziri Misir Mərdanov şəxsi həyatı ilə bağlı maraqlı a
Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəx
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyi
Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydas�
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiya
Masallı rayonu Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çı
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası "Beynəlxalq Sülh və
Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilə
Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Xəbər verdiyimiz kimi, Sabirabadda arvadını qətlə yetirməkdə təqsirlən
