Şirkətin 183 min pulunu belə xərclədi İçki məclisləri, bahalı telefonlar...
Digərləri 03 Yan 2026 12:00:00 72 0
Naxçıvanda "Collabera" MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib.
Bu xəbəri də oxu: Tramp Maduronun əli qandallı FOTOsunu paylaşdı
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə qeyri-qanuni yolla mallar çıxarıb və bunların guya hansısa mağazalara nisyə verildiyini söyləyib. Lakin sonradan Sadiqin həmin malları mağazalara vermədiyi, digər şəxslərə sataraq pulu özünə götürdüyü bəlli olub.
Həmçinin müəyyən edilib ki, Sadiq ələ keçirdiyi külli miqdarda vəsaiti bir neçə ay müddətində münasibəti olduğu qızlara xərcləyib. O, Bakıda və Naxçıvanda kirayə evlər tutub, qızlar və dostları ilə çoxsaylı içki məclisləri təşkil edib. Onlara bahalı telefonlar, gül buketləri və sair hədiyyələr edib. Bu səbəbdən S.Kərimovun ailəsində də problem yaranıb, həyat yoldaşı uşaqları götürərək evi tərk edib.
Cinayət işinin ibtidai istintaqı bir müddət əvvəl başa çatıb və iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə "Collabera" şirkətinin nümayəndəsi Sadiqin şirkətə vurduğu zərəri artıq tam şəkildə ödədiyini bildirib və onun barəsindəki şikayəti geri götürüb.
Məhkəmənin 29 dekabr tarixli hökmü ilə S.Kərimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava
Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc
Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması ü
Son günlər Azərbaycanda ictimaiyyət "Temu" onlayn alış-veriş pl
Bəzi bürclər digərləri ilə müqayisədə gizli pul tapmaq baxımından dah
"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet is
Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib.
İndiki İran etiraz dalğası hansı dərəcədə növbəti sosial-iqtisadi nar
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti 2025-ci il
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
Vətəni Braziliya olan feyxoa bədənimiz üçün təbii dərman rolunu oynayı
Təzə göyərtilər vitamin, mineral və antioksidantlarla zəngin olduğu üç
Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi h
