İsti çay həqiqətən isidirmi? Həkimdən maraqlı açıqlama
Digərləri 03 Yan 2026 04:04:00 58 0
Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağlı geniş yayılmış fikirlərə aydınlıq gətiriblər. Terapevt Svetlana Burnatskayanın sözlərinə görə, qış aylarında çay, kakao və bulyon kimi isti içkilər faydalı olsa da, bədəni birbaşa "isidən" vasitə hesab edilə bilməz.
Bu xəbəri də oxu: Çinlilər səhvlərini etiraf etdi Yeni maşınlarda bu mexanizmin istifadəsi qadağan edilir
Son.az xəbər verir ki, həkim soyuq havaya çıxmazdan əvvəl isti içki qəbul etməyin əsas məqsədinin susuzluğun qarşısını almaq və enerji səviyyəsini qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, isti yeməklər orqanizmdə istilik istehsalı prosesi olan termogenezi aktivləşdirir. Uzun gəzintilər zamanı termosda ilıq içki və yüngül qəlyanaltı götürmək tövsiyə olunur.
Burnatskaya vurğulayıb ki, içkilər çox isti və ya qaynar olmamalıdır. Qoz-fındıq, şokolad və banan kimi qidalar isə yaxşı seçim sayılır. Çünki onların tərkibindəki yağlar və karbohidratlar orqanizmə əlavə enerji verərək istilik yaranmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, soyuq havada nəfəsalma zamanı bədən daha çox maye itirir. Bu isə susuzlaşmaya və termorequlyasiyanın pozulmasına səbəb ola bilər. Buna görə də gəzinti zamanı hər 45-60 dəqiqədən bir 100-150 ml ilıq maye qəbul etmək məsləhətdir.
Həkim spirtli içkilərdən isə qəti şəkildə uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, alkoqol yalnız istilik hissi yaradır, lakin əslində bədənin daha tez soyumasına səbəb olur və hipotermiya riskini bir neçə dəfə artırır.
Kənan Son.az
Bir mahnını gün boyu istəmədən zümzümə etmək bir çox insan üçün ad
Mütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənil
Alimlər kvant fizikasının ən mühüm qanunlarından birində illərdir mövc
"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet is
Yanvarın 3-də bürclər daha çox daxili aləmlərinə qapanaraq emosional eht
"Hər şey yanğının şampan şüşələrinə bərkidilmiş yanan şamlar
Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ
Qar adamı düzəltmək bir saat ərzində 300 kaloriyə qədər enerji yandırm
Meksika Prezidenti Klaudia Şeynbaumun mətbuat konfransı zamanı zəlzələ ba
Çin avtomobillərində gizli qapı dəstəklərinin istifadəsi ilə bağlı t�
Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-sabitlik və 2026-cı ilə dair m
Yeni il süfrələrindən sonra yaranan qəbizlik probleminin əsas səbəbləri
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Seyun
"Qışda çöldə spirtli içki qəbul etmək bədənin həddindən artıq
Ancelina Coli Qəzzadakı humanitar böhranla bağlı dünyaya çağırış edib
