Dünyada fəlakət gözlənilir Azərbaycana da yaxınlaşır


Digərləri 02 Yan 2026 00:23:00 81 0

Dünyada fəlakət gözlənilir  Azərbaycana da yaxınlaşır

Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır.

Son.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq:

"Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 - 2,6%, Çində 4,4 - 4,8% aralığında, Avropada isə 1,0 - 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq. Növbəti il üçün verilən proqnozların bundan daha artıq olması gözlənilən deyil. 2026-cı ildə bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, gələn il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə üzləşəcək və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı keçirəcək".

Sabiq nazir qeyd edib ki, BMT-nin 2026-cı il üçün proqnozuna görə, gələn il dünyada 318 milyon insan aclıq vəziyyətində və ya bundan daha pis bir durumda olacaq:

"Bu da aclığın 2019-cu illə müqayisədə iki dəfədən çox insanı əhatə edəcəyi anlamına gəlir. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, bu gün müasir dünyada aclığın qlobal humanitar maliyyələşdirilməsi sahəsində ciddi problemlər yaşanır. Qlobal humanitar maliyyələşmənin kəskin azaldılması səbəbindən növbəti ildə BMT-nin Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən insanların yalnız az bir qisminə yardım göstərmək mümkün olacaq.

BMT 2026-cı ildə Ümumdünya Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən 318 milyon insanın ən həssas təbəqəsi hesab edilən 110 milyon insana yardım etməyi planlaşdırsa da, bunu etmək mümkün olmayacaq. Bu qədər insanı aclıqdan xilas etmək üçün təqribən 13 milyard ABŞ dolları məbləğində vəsait tələb olunur. Lakin mövcud proqnozlar onu göstərir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı çərçivəsində növbəti ildə ən yaxşı halda bu məbləğin təxminən yarısını əldə etmək mümkündür".

Fikrət Yusifovun fikrincə, dünyada aclığın yaranmasının başlıca səbəblərindən biri münaqişələr və müharibələrdir:

"Bu gün Sudan, Yəmən, Haiti, Fələstin, Əfqanıstan, Konqo Demokratik Respublikası kimi ölkələrdə milyonlarla insan aclıq həddindədir. Qəzza zolağında 1,6 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir. Əgər bölgədə döyüşlər yenidən başlayarsa, aclıq riski də böyüyəcək. Ərzaq təminatı sahəsində Azərbaycan hökumətinin qarşısında ciddi vəzifələr durur. Biz aqrar-sənaye ölkəsi olsaq da, bu gün ölkə əhalisinin təlabatı üçün zəruri olan ərzağın 3/4 hissəsindən çoxunu xaricdən idxal edirik. Ərzaq təminatı sahəsində xaricdən bu qədər asılılıq hökumətimizi ciddi düşündürməlidir. Bu problemin tezliklə həll olunması yolunda kordinal addımlar atmasaq, ölkənin ərzaq təhlükəsizliyi məsələsi dünya bazarlarında baş verən proseslərdən asılı vəziyyətdə qalacaq". Son.az

Avtomobillərdə pul verdiyimiz, amma istifadə etmədiyimiz 5 funksiya like
  • 02 Yan 00:17  
Digərləri Avtomobillərdə pul verdiyimiz, amma istifadə etmədiyimiz 5 funksiya

Müasir avtomobil istehsalçıları hər yeni modeli "ən qabaqcıl" t

arrow Ətraflı
İstanbulda məktəblər qara görə bağlandı like
  • 02 Yan 00:03  
Digərləri İstanbulda məktəblər qara görə bağlandı

İstanbulda güclü yağan qar və buzlanma riski ilə əlaqədar 5 rayonda okty

arrow Ətraflı
Günün qoroskopu: Cazibədarlığınız zirvədədir, hər kəsin diqqətini çəkirsiniz like
  • 02 Yan 00:01  
Digərləri Günün qoroskopu: Cazibədarlığınız zirvədədir, hər kəsin diqqətini çəkirsiniz

Son.az 2 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Növbəti il üçün ən çox bu mövzular axtarışa verilir like
  • 01 Yan 23:47  
Dünya Növbəti il üçün ən çox bu mövzular axtarışa verilir

Yeni ilin ilk günündə dünya üzrə internet axtarışlarında 2026-cı illə

arrow Ətraflı
Yutubda bu kanallar 63 milyard baxış toplayıb like
  • 01 Yan 23:00  
Digərləri Yutubda bu kanallar 63 milyard baxış toplayıb

Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxmin�

arrow Ətraflı
İranda toqquşma  ölən və yaralanan var like
  • 01 Yan 22:32  
Digərləri İranda toqquşma ölən və yaralanan var

Mətbuatda yayılan məlumatlara görə, İranın qərbində polislə qarşıdur

arrow Ətraflı
Bayram günü kafedə öldü like
  • 01 Yan 22:19  
Digərləri Bayram günü kafedə öldü

Qaxda 62 yaşlı kişi kafedə ölüb.

arrow Ətraflı
Azərbaycandan ən çox fındıq alan ölkələr məlum oldu like
  • 01 Yan 22:13  
Digərləri Azərbaycandan ən çox fındıq alan ölkələr məlum oldu

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 149.8 milyon ABŞ dolları də

arrow Ətraflı
"Bu, Ukrayna ordusu üçün çox çətin vəziyyət yaradır" like
  • 01 Yan 22:00  
Dünya "Bu, Ukrayna ordusu üçün çox çətin vəziyyət yaradır"

2025-ci ildə döyüş meydanındakı vəziyyət xeyli dəyişdi. Ən çətin pr

arrow Ətraflı
"Tamamilə fərqli və daha həlledici formada qayıdacağıq" like
  • 01 Yan 21:47  
Dünya "Tamamilə fərqli və daha həlledici formada qayıdacağıq"

Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində

arrow Ətraflı
"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir" like
  • 01 Yan 21:35  
Şou-biznes "Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir"

Meyxanaçı Namiq Qaraçuxurlu 20 il əvvəl Xalq artisti Aygün Kazımovanın o

arrow Ətraflı
Saatlardır qaz kartlarına pul vurmaq olmur like
  • 01 Yan 21:26  
Digərləri Saatlardır qaz kartlarına pul vurmaq olmur

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan lim

arrow Ətraflı
Azərbaycanda məsciddə yanğın oldu like
  • 01 Yan 21:24  
Digərləri Azərbaycanda məsciddə yanğın oldu

Naxçıvanda məsciddə yanğın baş verib. Son.az xəbər verir ki, bu bar�

arrow Ətraflı
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü like
  • 01 Yan 21:22  
Digərləri 32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live

arrow Ətraflı
D Vitamini  Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar like
  • 01 Yan 21:13  
Digərləri D Vitamini Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümük

arrow Ətraflı