2026cı ilin ilk günündən qüvvəyə minən
Digərləri 01 Yan 2026 09:33:00 73 0
Bu gündən Azərbaycanda bir sıra yeni qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minir. Bu normativ aktlar, əsasən, sosial təminat, vergi, maliyyə, sosial sığorta və dövlət idarəçiliyi sahələrini əhatə edir.
Bu xəbəri də oxu: "Türk Hava Yolları" 114 uçuşu
Son.az oxu.az-a istinadən ilin ilk günündə qüvvəyə minən qanunları təqdim edir:
"2026-cı il dövlət büdcəsi haqqında" Qanun. Milli Məclisin 2025-ci il dekabrın 9-da təsdiq etdiyi qanuna əsasən, büdcə gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat məbləğində olacaq.
Bundan başqa, Vergi Məcəlləsinə də dəyişiklik edilir ki, bu da üç blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 istiqaməti əhatə edir.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvana də şamil ediləcək. Sənədə görə, Naxçıvanın rezidenti dedikdə Muxtar Respublikada və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşüləcək.
Rezidentlər 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcəklər.
Həmçinin yanvarın 1-dən Naxçıvana münasibətdə aşağıdakılar qüvvəyə minir:
- Rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad ediləcək;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək;
- İnvestisiya təşviqi sənədini almış Naxçıvanın rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək;
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən ediləcək.
Qanuna edilən dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtobusların idxalı və satışı ƏDV-dən azad edilir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən bir il müddətinə ƏDV-dən azad ediləcək. Qeyd edək ki, bu günə qədər yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad idi.
Əlavə edək ki, yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatıb.
Qanunvericiliyə edilən digər dəyişiklik isə ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlıdır.
Belə ki, 2026-cı il yanvarın 1-dən üç il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad ediləcək. Qeyd olunan maddədə bildirilir ki, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən üç il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Digər dəyişikliyə görə isə media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb.
Belə ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək gəlir vergisindən azad ediləcək.
Həmçinin media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycanda daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək ƏDV-dən azad ediləcək.
Dəyişikliyə qədər sözügedən güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü üç milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad ediləcək.
Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsinin maliyyə xərclərinin azaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyaya yönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalı məqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddəti daha üç il artırılıb.
Sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Digər dəyişikliyə əsasən isə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad ediləcək.
Sözügedən güzəştlər 2017-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.
Həmçinin bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib.
Alışdırılmadan nəfəsə çəkilən, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1 000 ədədə görə 16 manatdan 25,5 manata qaldırılır.
Digər çəkməli tütünlər, çeynənilən və ya buruna çəkilən məhsullar üzrə aksiz yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəlir.
Müğənni Ofelya Şabanova "Öz aramızda" verilişində səsləndird
2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Naxçıv
Rusiyanın Kamçatka diyarında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə ç�
Orijinal trilogiyanın əsas aktyor heyəti "Ouşenin 14 dostu" filmin
Müğənni Fədayə Laçının sosial şəbəkədəki canlı yayımı diqqətdə
Audi A4-ın 2013-2015 illərinə aid modellərini almaq istəyənlər üçün m�
Mütəxəssislər acqarına bəzi qidaların qəbulunun sağlamlıq üçün risk
Rusiya şou-biznesində ən çox evlənən sənətçilərin adları açıqlanıb
Səhərlər qəbul edilən bəzi içkilərin insan sağlamlığına müsbət tə
"Bilmirsiniz ki, əriniz kimin yanındadır?"
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə X
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mün
İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı M
