Əskinasları sıra ilə düzməyin psixoloji mənası
Digərləri 31 Dek 2025 08:08:00 52 0
Gündəlik həyatda fərqinə varmadan etdiyimiz kiçik hərəkətlər əslində xarakterimiz haqqında dərin məlumatlar verir. Pulqabındakı əskinasları kiçikdən böyüyə doğru düzmək vərdişi də bunlardan biridir.
Bu xəbəri də oxu: Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, pulları müəyyən bir nizamla düzmək sadəcə səliqə-sahman göstəricisi deyil. Bu, fərdin nəzarət ehtiyacından tutmuş streslə mübarizə formasına qədər bir çox məqamı əks etdirir.
Əskinasları ardıcıllıqla düzən insanlar adətən, həyatlarında proqnozlaşdırıla bilənliyi sevirlər. Qeyri-müəyyənlikdən xoşu gəlməyən bu şəxslər hər şeyi nəzarət altında saxladıqda özlərini daha güvəndə hiss edirlər. Onlar planlı hərəkət etməyi, qəfil dəyişikliklərdən qaçmağı və aydın sərhədlər qoymağı üstün tuturlar.
Bu vərdişə sahib olan şəxslər işlərində səhv payını minimuma endirməyə çalışan detalçı insanlardır. Onlar üçün nizam sadəcə bir seçim deyil, daxili bir ehtiyacdır. Bu yanaşma özünü yalnız pulda deyil, həm də iş planlaşdırmasında, zamanın idarə olunmasında və qərar qəbulu proseslərində göstərir.
Psixoloji baxımdan bu vərdiş maliyyə davranışı ilə də sıx bağlıdır. Pullarını nizamlayan şəxslər adətən:
Xərclərini daha yaxından izləyir; Büdcə nəzarətinə önəm verir; Qəfil və lazımsız alış-verişlərdən qaçmağa meylli olurlar. Bu xüsusiyyətlər uzunmüddətli perspektivdə qənaət vərdişi və maliyyə sabitliyi gətirir.Bəzi insanlar üçün pulları sıralamaq xaos içində özlərinə yaratdıqları kiçik bir "güvən zonası"dır. Həyatın nəzarət edə bilmədikləri mürəkkəb tərəfləri qarşısında maddi ünsürlər üzərində nizam yaratmaq onlara mənəvi rahatlıq verir.
Mütəxəssislər xəbərdarlıq edir ki, əgər bu nizam pozulduqda insanda güclü təşviş, narahatlıq və ya qəzəb yaranırsa, bu, artıq sadə bir vərdiş deyil, daha dərin psixoloji proseslərin (məsələn, obsessiv-kompulsiv meyllərin) göstəricisi ola bilər. Əsas odur ki, bu nizam həyatınızı asanlaşdırsın və sizi rahatlatsın. Lalə Qüdrətova Son.az
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya
Sıfır tullantı yanaşması ilə yumurta qabıqları artıq sadəcə zibil dey
Müğənni Roza Zərgərli qatıldığı məclislərdən birində nümayiş etd
Hindistanın Mumbay şəhərində ucaldılan və Asiyanın ən varlı iş adamı
Yeni il gecəsi arzuların gerçəkləşəcəyinə inam bir çox insan üçün x
Bu ilin ikinci yarısında aparılan genişmiqyaslı elmi araşdırmalar uşaqla
Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək
Bu il 88 yaşını qeyd edən əfsanəvi aktyor Morqan Friman "The Guardian
Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova bir müddət əvvəl x�
"Habertürk TV"nin keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkoti
Son.az 31 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Bu gün - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
Bu gün Xalq artisti Fatma Mahmudovanın doğum günüdür. Aktrisa 71 yaşını
