2026cı ildən iş saatları dəyişə bilər – deputatın açıqlaması
Digərləri 27 Dek 2025 11:21:00 83 0
"2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətbiqini müşahidə edə bilərik".
Bu xəbəri də oxu: Süni intellekt videosuna inanıb milyonluq ziyana düşdülər
Son.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili parlamentdə səsləndirilən iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən qeyd edib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramında bu məsələ prioritet istiqamətlərdən biri kimi yer alıb:
"Dövlət proqramına əsasən, bu istiqamətdə təhlillərin aparılması və mexanizmin hazırlanması iş qrafiklərinin dəyişdirilməsinin təsdiqinə gətirib çıxara bilər. Növbəti ildən iş saatlarının dəyişdirilməsini müşahidə edə bilərik. Lakin burada sektoral yanaşma mövcuddur. Bəzi sahələrdə işin daha gec və ya daha tez başlaması birbaşa tələbatla bağlıdır. Təbii ki, vacib məqamlardan biri mexanizmin və iş qrafiklərinin düzgün hazırlanmasıdır. Bu addım nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər. Bununla belə, unutmaq olmaz ki, tıxaclar təkcə iş saatları ilə bağlı deyil. Onu da vurğulamaq lazımdır ki, iş saatlarının dəyişdirilməsi bəzi sektorlara tələbi artıra bilər. Bu isə həm sıxlığın azalmasına, həm də iş keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Sözügedən məsələ iqtisadi baxımdan səmərəlidir. İnkişaf etmiş ölkələrdə və bəzi Avropa İttifaqı (Aİ) dövlətlərində bu mexanizmdən istifadə olunur. Azərbaycanda da növbəti ildən onun təsdiqi və tətbiqi gözləniləndir".
İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələ məcburi olmamalıdır.
Onun sözlərinə görə, iş qrafiklərinin sürüşdürülməsini əsasən dövlət sektorunda tətbiq etmək mümkündür:
"Bir çox müəssisələr bir-biri ilə əlaqəli fəaliyyət göstərdiyi üçün eyni saatlarda işləməyə maraqlıdır. Məsələn, bank işləmirsə, həmin vaxt köçürməni həyata keçirmək mümkün olmur. Banklar da həftənin beş günü fəaliyyət göstərir. Ümumilikdə isə sektorlara bu məsələdə sərbəstlik verilə bilər. Qrafiklə bağlı qərarı iş yeri özü verməlidir. Dövlət özəl sektora tələb qoymamalıdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, müəssisə işçini həftədə 5 iş günü ərzində 40 saatdan artıq işlədə bilməz. Düşünürəm ki, bu mexanizmi dövlət müəssisələrində tətbiq etmək olar. Lakin müxtəlif saatlarda işə başlamaq müəyyən çətinliklər yarada bilər. Buna görə də təşkilat rəhbəri strukturun xüsusiyyətlərinə uyğun olaraq iş saatlarını özü müəyyən etməli və təsdiqləməlidir. Hazırda özəl sektorda bu praktika mövcuddur. Bəzi müəssisələrdə iş həftənin birinci günü olmur və ya iş saatları günün ikinci yarısında başlayır. Dediyim kimi, bu proses könüllü əsasda həyata keçirilməlidir".
Bakıda piyada qəzadan son anda qurtulub.
Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kere
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diya
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-
Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o c�
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk�
