Radiatorun suyunu nə vaxt boşaltmaq lazımdır?
Digərləri 27 Dek 2025 00:16:00 87 0
Bir çox evdə radiatorlar qış boyu işləyir, lakin baxım zamanı gəldikdə çox az adamın ağlına gəlir. Halbuki mütəxəssislərin fikrincə, sistemdəki suyun müəyyən aralıqlarla boşaldılması həm isinmə performansına, həm də sistemin ömrünə birbaşa təsir edir. Bu sadə prosedura etinasız yanaşmaq yanacaq sərfiyyatını fərqinə varmadan artıra bilər.
Bu xəbəri də oxu: Həbsdəki eksicra başçılarından yalnız biri amnistiyaya düşür
Son.az xəbər verir ki, istilik sistemində dövr edən su zamanla daxilindəki ərp, lil və metal hissəcikləri səbəbindən radiatorların alt hissəsində çöküntü yaradır. Bu yığıntı isti suyun radiatorun içində rahat dövr etməsinə mane olur. Nəticədə radiatorun altı soyuq, üstü isə isti qalır və ev istənilən səviyyədə isinmir.
Təmir ustalarının bildirdiyinə görə, bu vəziyyət kombin daha uzun müddət işləməsinə səbəb olur. Yəni, ev tam isinmədiyi halda qaz sərfiyyatı artır. Bundan əlavə, yığılan lil borularda daralmaya və uzunmüddətli perspektivdə sızma riskinə yol aça bilər.
Ekspertlərin ortaq rəyi belədir: Sistemdəki su ən azı ildə bir dəfə boşaldılmalıdır. Bu, daxildə yığılan çöküntünün kənarlaşdırılmasını və sistemin daha səmərəli işləməsini təmin edir. Əgər ev köhnədirsə, borular illərdir təmizlənməyibsə və ya radiatorların altı kəskin şəkildə soyuq qalırsa, bu müddətin 6 ayda birə endirilməsi məsləhətdir. Xüsusilə suyun "sərt" olduğu bölgələrdə ərp daha sürətlə yığılır.
Suyun Təcili Dəyişilməli Olduğunu Göstərən İşarələr:
Radiatorun yuxarı hissəsi qaynar, alt hissəsi isə ilıq və ya tam soyuqdursa; Kombi işləyərkən sistemdən tıqqıltı, uğultu və ya qəribə su səsləri gəlirsə; Havasını aldığınız halda radiator isinmirsə; Radiatorun kranından gələn su tünd rəngli və ya palçıqlıdırsa.Radiator suyunun müntəzəm boşaldılmaması kombinin gücə düşməsinə və bəzi bahalı hissələrin sıradan çıxmasına səbəb ola bilər. Bu isə həm yüksək faktura, həm də erkən nasazlıq deməkdir. Müntəzəm təmizlənən sistemlərin daha tez isindiyi və yanacaq qənaətini gözlə görünən dərəcədə artırdığı vurğulanır.
Radiator suyunu boşaltmaq üçün ən ideal dövr yazın sonu və ya payızın əvvəlidir. Bu dövrlərdə isinməyə ehtiyac olmadığı üçün sistemin müvəqqəti dayandırılması heç bir problem yaratmır. Lalə Qüdrətova Son.az
Son.az 27 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Türkiyədə "ESAS" Holdinqin İdarə Heyətinin sədri Ali Sabancı &
Məşhur müğənni Ebru Gündeşin cəmi bir neçə ay əvvəl boşandığı ke
Paltaryuyan maşının qapağına qoyulan adi bir qaşıq kiflənmənin qarşıs
Aktyor Elcan Rəsulov ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsin
Elm dünyası isidilmə xərclərini minimuma endirəcək böyük bir kəşfə i
Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması
Kimyəvi təmizləmə sektorunda illərdir tətbiq olunan, lakin ev istifadəçi
"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir.
Dondurulmuş qidaların buzunu açarkən soyuducu, soyuq su və ya mikrodalğal�
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev və
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi
Müğənnilər Sevil və Sevinc Səfərova onlara mənfirıy yazan izləyicini t
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
