Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu


Digərləri 26 Dek 2025 17:45:00 75 0

Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu

23 dekabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya mühitinin inkişafı və biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma olub. Forumun baş sponsorlarımdan biri qismində çıxış edən Ziraat Bank Azərbaycan, tədbirdə maliyyə sektorunun investisiya proseslərindəki strateji rolunu ön plana çıxarıb.

Bu xəbəri də oxu: Bayramda bunları yeməyin!

Forum çərçivəsində maliyyə sektorunun iştirakı ilə təşkil olunan panel sessiyalarında müasir investisiya maliyyələşməsi yanaşmaları, risklərin idarə olunması, layihələrin düzgün strukturlaşdırılması və dayanıqlı maliyyə modelləri ətrafında geniş müzakirələr aparılıb.

Biznesə maliyyə və sığorta dəstək mexanizmlərinə həsr olunmuş panel sessiyasında çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir bildirib ki, bu gün investisiya layihələrinin uğuru təkcə maliyyə mənbələrinin mövcudluğu ilə deyil, düzgün planlaşdırılmış maliyyə strukturu, sağlam təşkilati model və davamlı pul axını ilə müəyyən olunur.

Onun sözlərinə görə, müasir investisiya anlayışında əsas sual "maliyyəni haradan tapmaq" deyil, "maliyyəni necə qurmaq lazımdır ki, layihə uzunmüddətli olsun" yanaşmasıdır. Dr. Selçuk Demir vurğulayıb ki, düzgün strukturlaşdırılmamış layihələr ən güclü maliyyə dəstəyi şəraitində belə arzu olunan nəticəni verməyə bilər.

Panel zamanı bankların investisiya layihələrinə yanaşmasından danışan Dr. Selçuk Demir qeyd edib ki, banklar layihələri yalnız kreditlərin geri qaytarılması prizmasından qiymətləndirmir. Layihələr: iqtisadi səmərəlilik, bazar potensialı, risklərin balanslı idarə olunması, davamlı pul axını, məşğulluğa və ölkə iqtisadiyyatına töhfə, uzunmüddətli inkişaf imkanları kimi meyarlar əsasında kompleks və sistemli şəkildə təhlil olunur.

Çıxışda investisiya layihələrinin icra müddətinin və təşkilati strukturunun düzgün qurulmasının da xüsusi əhəmiyyəti vurğulanıb. Bildirilib ki, zamanın effektiv idarə olunmaması layihə xərclərinin artmasına, maliyyə yükünün ağırlaşmasına və risklərin yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan investisiya layihələri üçün mərhələlər, resurs ehtiyacı və icra təqvimi əvvəlcədən dəqiq müəyyən edilməlidir.

Dr. Selçuk Demir forum çərçivəsində dövlət-bank-biznes əməkdaşlığının investisiya mühitinin gücləndirilməsində oynadığı rol da xüsusi vurğulanıb. Dövlət fondları, zəmanət mexanizmləri, faiz subsidiyaları, eləcə də sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə yaradılan stimulların investisiya proseslərini sürətləndirdiyi qeyd olunub.

Ziraat Bank Azərbaycanın tərəfdaşlığı ilə keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, qarşılıqlı investisiya imkanlarının artırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycan və Türkiyə biznes dairələri arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına və real investisiya layihələrinin təşviqinə töhfə verib.

Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində  yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

FHNin polkovnikleytenantı qəfil vəfat etdi  FOTO like
  • 26 Dek 17:42  
Digərləri FHNin polkovnikleytenantı qəfil vəfat etdi FOTO

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

arrow Ətraflı
Qarlı hava ilə bağlı avtomobil yollarında hansı işlər görülür? like
  • 26 Dek 17:29  
Digərləri Qarlı hava ilə bağlı avtomobil yollarında hansı işlər görülür?

Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə

arrow Ətraflı
Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq  XƏBƏRDARLIQ like
  • 26 Dek 17:27  
Digərləri Bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i ax

arrow Ətraflı
Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə hökm oxunub like
  • 26 Dek 17:19  
Digərləri Orduxan Teymurxan, Qurban Məmmədov, Rəfael Piriyev və digərlərinə hökm oxunub

Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süle

arrow Ətraflı
Milli İncəsənət Muzeyində maskalı bal keçirilib like
  • 26 Dek 17:14  
Kriminal Milli İncəsənət Muzeyində maskalı bal keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG)

arrow Ətraflı
CZN Burak "Azərbaycan tortu" bişirdi like
  • 26 Dek 16:56  
Digərləri CZN Burak "Azərbaycan tortu" bişirdi

Məşhur türk aşbazı və sosial media fenomeni CZN Burak Azərbaycanla bağl�

arrow Ətraflı
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü like
  • 26 Dek 16:53  
Digərləri Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye bölgəsində yaşayış mən

arrow Ətraflı
Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı like
  • 26 Dek 16:46  
Digərləri Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı

Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"nun tik

arrow Ətraflı
Metronun iş saatı uzadılacaq  Tarix açıqlandı like
  • 26 Dek 16:41  
Digərləri Metronun iş saatı uzadılacaq Tarix açıqlandı

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC Dünya

arrow Ətraflı
Xəstə qadın və anasını yanğından qonşular xilas etdi like
  • 26 Dek 16:38  
Digərləri Xəstə qadın və anasını yanğından qonşular xilas etdi

Biləsuvarda "Melioratorlar" qəsəbəsindəki yaşayış binasında y

arrow Ətraflı
Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib  Nazir like
  • 26 Dek 16:28  
Siyasət Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib Nazir

Prezident İlham Əliyev çox sistemli xarici siyasət yürüdür.

arrow Ətraflı
AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir  Ceyhun Bayramov like
  • 26 Dek 15:52  
Siyasət AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə dialoqlar davam edir Ceyhun Bayramov

Son bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münas

arrow Ətraflı
"Şəbnəm, utan öl, YERƏ GİR" like
  • 26 Dek 15:51  
Şou-biznes "Şəbnəm, utan öl, YERƏ GİR"

"Moskvada 5-ci evimi almışam, "qalik"im də yoldadır"

arrow Ətraflı