“İçərişəhər” stansiyasına əlavə çıxış tikilir? RƏSMİ AÇIQLAMA
Digərləri 22 Dek 2025 13:40:00 73 0
"İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin inşasına başlanır.
Bu xəbəri də oxu: Ağcabədidə ağır qəzaya Yaralılar var
Son.az xəbər verir ki, Bakıda metro infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerasının) inşasına start verilir. Layihə qırmızı xətt üzrə qatarlararası intervalların minimuma endirilməsinə və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Bu barədə Bakı Metropoliteni QSC "Qafqazinfo"ya məlumat yayıb. Bildirilib ki, hazırkı şəraitdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın azaldılmasına imkan vermir. Yeni dönmə kamerası bu məhdudiyyəti aradan qaldıracaq.
Layihəyə əsasən, "İçərişəhər" stansiyasında sərnişinlər düşdükdən sonra qatarlar stansiyanın arxa hissəsində yerləşən dönmə kamerasına yönəldiləcək. Daha sonra hazırda girişə qapalı olan platformaya daxil olaraq "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcək. Bununla arxadan gələn qatarların hərəkətinə maneə yaradan bufer zonası ləğv ediləcək və təhlükəsizlik səbəbi ilə yaranan intervallar azaldılacaq.
Qeyd olunur ki, dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin isə daha çevik təşkilinə şərait yaradacaq. Dönmə kamerası istifadəyə verildikdən sonra qırmızı xətt üzrə mümkün olan ən minimal interval tətbiq ediləcək, minib-düşmə sahələri tam ayrılacaq və pik saatlarda ehtiyat qatarlar burada hazır saxlanılacaq.
Bundan əlavə, layihə texniki baxımdan da üstünlüklər yaradır. Qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait formalaşacaq, texniki nasazlıq yarandıqda qatarların xətdən operativ çıxarılması mümkün olacaq.
Məlumatda vurğulanır ki, dönmə kamerası sərnişinlər üçün alternativ giriş funksiyası daşımayacaq və yalnız texniki məqsədlərə xidmət edəcək. Layihə çərçivəsində hazırda xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü hissəsi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək. Yeraltı hissədə isə 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq.
Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilməyəcək. İçərişəhər metro stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.
Aysel Əkbər Son.azMeyxanaçı Sadıx Mustafayev övladı ilə bağlı paylaşımı ilə diqqət ç
2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələ
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edil
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövd
Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsind�
Sənətçi Aşıq Namiq Fərhadoğlu yenidən televiziya ekranlarına qayıdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Az�
Kanadanın Kvebek şəhərindən olan 20 yaşlı Brenda Aubin‑Veqa lotereyada
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikas�
Moskvada avtomobildə baş verən partlayışda xəsarət alan şəxsin Rusiya S
Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar mə
Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsi
ƏDV qeydiyyatında olan "A" MMC hüquq-məsləhət xidmətlərinin g�
