Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Siyasət 21 Dek 2025 19:27:00 75 0
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Bu xəbəri də oxu: Paşinyan İlham Əliyevə təşəkkür edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub.
Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə Sizin ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq arzulayıram". Son.az
Xəbər verdiyimiz kimi, Tərtər rayon sakini Solmaz Fərzəliyeva suvarma kana
Dəmir preparatlarını qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul
Ukraynanın Dövlət Xüsusi Nəqliyyat Xidməti (GSSN) bütün cəbhəboyu müd
Ayaq göbələyi geniş yayılmış dəri problemlərindən biridir və ayaq də
Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşl
Ayrıldığı həyat yoldaşı Nigar Cəlilova bir vaxtlar məşhur olan "�
Regionda ilin sonuna qədər havalar soyuq keçəcək.
Xorvatiyada iki ildir ailəsi ilə birlikdə yaşayan Nepaldan olan bir şəxsd�
Rəqəmsal dövrə qədəm qoyduqca təhsil və texnologiyanın kəsişməsi ço
Son günlər Türkiyə hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı
Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver
18 dekabr tarixində Səudiyyə Ərəbistanının şimal-qərb və mərkəzi bö
Meyxanaçı Namiq Qaraçuxurlu bir neçə gün əvvəl dünyasını dəyişən h
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəq
