Türkiyədə beş gün ərzində üç pilotsuz uçuş aparatı qeydə alınıb – Gərginlik artır


Dünya 21 Dek 2025 17:30:00 88 0

Türkiyədə beş gün ərzində üç pilotsuz uçuş aparatı qeydə alınıb – Gərginlik artır

Son günlər Türkiyə hava məkanında pilotsuz uçuş aparatları ilə bağlı ardıcıl insidentlər müşahidə olunur. Beş gün ərzində üç dronun aşkar edilməsi Qara dəniz bölgəsində Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik risklərinin artdığını göstərir.

Son.az-ın məlumatına görə, "Euronews" yazır ki, dronlardan biri Ankaradan təxminən 120 kilometr uzaqlıqda yerləşən Çankırı ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən məhv edilib.

Digər pilotsuz aparat İstanbuldan təqribən 30 kilometr cənubda - Kocaeli vilayətində müəyyən edilib. Türkiyənin Daxili İşlər Nazirliyi ilkin araşdırmalara əsaslanaraq bildirib ki, sözügedən PUA Rusiyada istehsal olunan və əsasən kəşfiyyat məqsədilə istifadə edilən "Orlan-10" modelidir.

Üçüncü dron isə Balıkesir bölgəsində, İstanbuldan təxminən üç saatlıq məsafədə aşkar olunub.

Nazirlik açıqlamasında vurğulayıb ki, davam edən müharibə səbəbindən tərəfdaş ölkələrə Qara dənizdə təhlükəsizliklə bağlı oxşar hallara qarşı daha həssas yanaşma tövsiyə edilib.

"Euronews"un qeyd etdiyinə görə, bu hadisələr Türkiyənin hava hücumundan müdafiə imkanları ilə bağlı müzakirələrə səbəb olub. Xüsusilə də ilk dronun ölkə hava məkanına xeyli dərinlikdə daxil olduqdan sonra zərərsizləşdirilməsi diqqət çəkib.

Müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat və sabiq diplomat Namık Tan Türkiyənin radar və erkən xəbərdarlıq sistemlərinin paytaxt və strateji obyektlərə yaxınlaşan dronları vaxtında aşkarlamaq gücündə olub-olmadığını sual altına alıb.


Xəbərə aid fotolar

Vergi orqanlarında işləmək istəyənlər imtahan verdilər like
  • 21 Dek 17:20  
Digərləri Vergi orqanlarında işləmək istəyənlər imtahan verdilər

Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver

arrow Ətraflı
Səudiyyə Ərəbistanında ilk dəfə qar yağdı  30 il sonra like
  • 21 Dek 17:16  
Dünya Səudiyyə Ərəbistanında ilk dəfə qar yağdı 30 il sonra

18 dekabr tarixində Səudiyyə Ərəbistanının şimal-qərb və mərkəzi bö

arrow Ətraflı
Namiq Qaraçuxurludan Ağakərimə vida paylaşımı: “Uşaqlığımızın kumiri idi” like
  • 21 Dek 17:14  
Şou-biznes Namiq Qaraçuxurludan Ağakərimə vida paylaşımı: “Uşaqlığımızın kumiri idi”

Meyxanaçı Namiq Qaraçuxurlu bir neçə gün əvvəl dünyasını dəyişən h

arrow Ətraflı
Kürdəxanıda iki avtomobil toqquşub, 19 yaşlı gənc ölüb like
  • 21 Dek 16:55  
Digərləri Kürdəxanıda iki avtomobil toqquşub, 19 yaşlı gənc ölüb

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəq

arrow Ətraflı
Xırdalanda "Kristal Abşeron"nun binası yanır like
  • 21 Dek 16:46  
Digərləri Xırdalanda "Kristal Abşeron"nun binası yanır

Xırdalan şəhərində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb

arrow Ətraflı
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib like
  • 21 Dek 16:44  
Digərləri Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 dekabr 2025-ci il tarixində

arrow Ətraflı
Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı like
  • 21 Dek 16:28  
Şou-biznes Rob Reynerin oğluna şizofreniya diaqnozu qoyulub – yeni detallar üzə çıxdı

Amerikalı tanınmış rejissor Rob Reyner və həyat yoldaşı Mişel Singerin

arrow Ətraflı
Bu gün Azərbaycana QIŞ GƏLƏCƏK like
  • 21 Dek 16:12  
Digərləri Bu gün Azərbaycana QIŞ GƏLƏCƏK

Bu gün 19:03-də Azərbaycana qış fəsli daxil olacaq.

arrow Ətraflı
İlon Mask tarix yazdı: Sərvəti 700 milyard dolları keçdi like
  • 21 Dek 15:51  
Dünya İlon Mask tarix yazdı: Sərvəti 700 milyard dolları keçdi

Amerikalı iş adamı İlon Mask tarixdə 700 milyard dollardan artıq sərvət�

arrow Ətraflı
Sabah Amnistiya aktının icrasına başlanılır like
  • 21 Dek 15:44  
Digərləri Sabah Amnistiya aktının icrasına başlanılır

Sabah Amnistiya aktının icrasına başlanılır.

arrow Ətraflı
Balakən gömrüyündə böyük ifşa: 83 min ədəd dərman müsadirə olundu like
  • 21 Dek 15:25  
Digərləri Balakən gömrüyündə böyük ifşa: 83 min ədəd dərman müsadirə olundu

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əm�

arrow Ətraflı
Kirkorov Vanqanın ona verdiyi proqnozu açıqladı like
  • 21 Dek 15:16  
Şou-biznes Kirkorov Vanqanın ona verdiyi proqnozu açıqladı

Rusiyanın Xalq artisti Filip Kirkorov məşhur baxıcı Vanqanın onun həyatı

arrow Ətraflı
Sabah duman olacaq like
  • 21 Dek 14:50  
Digərləri Sabah duman olacaq

Dekabrın 22-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti g�

arrow Ətraflı