“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişdik”
Digərləri 20 Dek 2025 14:35:00 69 0
"600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik".
Bu xəbəri də oxu: Şizofreniyanın yaranma səbəbi açıqlandı
Son.az xəbər verir ki, bunu "Trend"ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib:
"Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub.
2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik. Həmin hadisədə təşkilatçı universitet müəllimi idi - dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi".
"2022-2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus-antivirus məsələsinə bənzəyir", - deyə o söyləyib.
Azərbaycan sosial şəbəkələrində maraqlı və gülüş doğuran bir video
İran mənşəli Mora Namdar ABŞ Dövlət Departamentində yeni vəzifəyə tə
Müğənni Vüsal Hacıyevin "Günə Uğurla" verilişində səsləndi
"The Oligarch's Design" sənədli filmində ermənilərin DTX-də�
Pakistanın keçmiş Baş naziri İmran Xan və onun həyat yoldaşı Büşra Bi
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumlar
Soyuducuda saxlanan bəzi qida məhsulları sağlamlığa mənfi təsir göstər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ir�
Aktrisa Pərvin Abıyeva gənc qızlar arasında kosmetoloji prosedurlara həddi
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Ağakərim (Kərim Novruzov)
BYD Destroyer 05-lərin qiymətində 2-3 min manata yaxın endirim var.
Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng ri
Ruben Vardanyanın cinayətlərindən, separatçılıq fəaliyyətindən bəhs e
