Avtobuslarda “Apple Pay” və “Google Pay” ilə ödəniş mümkün olacaq
Digərləri 20 Dek 2025 11:27:00 71 0
Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.
Bu xəbəri də oxu: Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb
Son.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq paytaxtın ictimai nəqliyyatında istifadə olunan "BakıKart" sisteminin operatoru - "K Group" MMC məlumat verib.
Paralel olaraq "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:
"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.
ABŞ Ədliyyə Nazirliyi və Nümayəndələr Palatasının Nəzarət Komitəsi
Ən çox yeyilən qidalardan biri çörək olsa da, ən tez xarab olan da məhz
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 2025-ci ilin yekunlarına və g
Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör
Müğənni Şəbnəm Tovuzlu özünə təm-təraqlı doğum günü partisi edib
Dekabr ayı bəzi bürclər üçün maliyyə baxımından sürprizlərlə yadda
Şaxta baba Yeni İlin əsas simvoludur. Mifiklərə əsasən, o, ağ saçlı, y
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictim
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.
Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyay
Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi haz
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə
Müğənni bacılar Sevil və Sevinc "Öz aramızda" verilişinin qona
