Buraxılış imtahanları apreldə keçiriləcək?


Digərləri 19 Dek 2025 21:56:00 78 0

Buraxılış imtahanları apreldə keçiriləcək?

Müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib.

Dim sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeyd edib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir:

"Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər. Təbii ki, burada təkcə say yox, həm də bu işlə məşğul ola biləcək müəllimlərin bilik və bacarıqları da əhəmiyyətlidir. Biz davamlı olaraq müəllimlər üçün imtahanlar təşkil edirik. Müəllimlər imtahandan keçərək marker olmaq səlahiyyəti əldə edə bilərlər. Onların Bakıda, Naxçıvanda yaxud bölgələrdə yaşamasının fərqi yoxdur. Öz evlərində oturub bu işə qoşula və kifayət qədər yüksək əməkhaqqı qarşılığında işləyə bilərlər. Amma müəllimlər buna çox da maraqlı deyillər, çünki burada ciddi şəkildə işləmək lazımdır.

Bizim martda yoxladığımız bilik və bacarıqlar kurikuluma uyğun olaraq elə marta qədər toplanmış bilik və bacarıqlardır. On bir il ərzində bilik və bacarıq toplamamış uşaq martdan sonra o bilikləri toplaya bilməz. Oxuyub-anlamaq bacarığı yoxdursa, qalan bir neçə ay ərzində də bu qabiliyyət formalaşmayacaq. Biz proqramı elə qurmuşuq. Uşaq imtahandan sonra dərsə davam etmirsə, bu məktəb rəhbərliyinin problemidir. Dərsdə iştirak etməyən uşağa qaib yaza bilərlər və ilin sonunda o fənlərin qiymətləndirilməsi olmayacaq, nəticədə uşağa attestat da verilməyəcək. Bunu məktəb etməlidir; qaydalar mövcuddur və istifadə oluna bilər.

Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirilə bilər

Başqa bir məsələ də var. Martda imtahan verəndən sonra uşaqlar kurslara və repetitorların yanına getmirlər. Arada üç aylıq fasilə yaranır. Repetitor müəllimlərin etirazı əsasən bu məsələ ilə bağlıdır. Xaricdə universitetlərə qəbul yanvarda başlayır və il boyu aparılır. İl boyu sənədləri verirlər, imtahandan keçirlər və məktəbi bitirəndə universitetdən cavab alırlar. Bizdə isə yekun qiymətləndirmə ali məktəblərə qəbul üçün imtahanların birinci mərhələsidir. İlk 300 bal da buraxılış imtahanından toplanılır.

Bu imtahanlardan sonra uşaq dərsə davam etməlidir ki, digər fənlərdən qiymətləndirmə aparılsın. Əgər imtahanı dərs bitdikdən sonra keçirsək və nəticələr sentyabrda təqdim edilərsə, ali məktəblərdə dərs ili nə vaxt başlayacaq? Hər bir fənn üzrə on min marker müəllim olsa, buraxılış imtahanlarını martda yox, apreldə keçirmək olar. Amma hələ ki, bu yoxdur. Yenə də müəllimlərə müraciət edirik: gəlin, kurslara yazılın",- deyə o əlavə edib.

Qeyd edək ki, bəzi müəllimlər buraxılış imtahanlarını mart ayında keçirəndən sonra uşaqların dərsə davamiyyətini təmin etməyin çətinliklərindən şikayət edirlər.

Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ like
  • 19 Dek 21:31  
Digərləri Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ

Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsul

arrow Ətraflı
Əli Əsədov polislərlə bağlı qərar imzaladı like
  • 19 Dek 21:17  
Digərləri Əli Əsədov polislərlə bağlı qərar imzaladı

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanla

arrow Ətraflı
"13 il qızımı görməyə qoymadı"  Lətafətin keçmiş əri like
  • 19 Dek 21:08  
Şou-biznes "13 il qızımı görməyə qoymadı" Lətafətin keçmiş əri

Aparıcı Lətafət Ələkbərovanın keçmiş həyat yoldaşı, müğənni Nica

arrow Ətraflı
Astarada itkin düşmüş digər balıqçının da meyiti tapıldı like
  • 19 Dek 20:55  
Digərləri Astarada itkin düşmüş digər balıqçının da meyiti tapıldı

Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti İra

arrow Ətraflı
"İldə bir dəfə plastikcərraha gedirik" like
  • 19 Dek 20:54  
Şou-biznes "İldə bir dəfə plastikcərraha gedirik"

Əkiz bacılar Sevil və Sevinc plastik-əməliyyat etdirməklə bağlı suallar

arrow Ətraflı
Saçını teztez yuyanlara pis xəbər  Mütəxəssislər xəbərdarlıq edir like
  • 19 Dek 20:41  
Digərləri Saçını teztez yuyanlara pis xəbər Mütəxəssislər xəbərdarlıq edir

Saçı tez-tez yumağın faydalı olduğu düşünülür, lakin mütəxəssislə

arrow Ətraflı
Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib like
  • 19 Dek 20:39  
Siyasət Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Paşinyan: "Sülh artıq reallığa çevrilib" like
  • 19 Dek 20:27  
Siyasət Paşinyan: "Sülh artıq reallığa çevrilib"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ölkəsinə neft məhs

arrow Ətraflı
"Röya mənim balaca bacımdır" like
  • 19 Dek 20:21  
Şou-biznes "Röya mənim balaca bacımdır"

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla barışıqlarından danı�

arrow Ətraflı
Türkiyə ərazisinə Rusiya mənşəli PUA düşüb like
  • 19 Dek 20:10  
Dünya Türkiyə ərazisinə Rusiya mənşəli PUA düşüb

Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-

arrow Ətraflı
Şizofreniyanın yaranma səbəbi açıqlandı like
  • 19 Dek 20:00  
Digərləri Şizofreniyanın yaranma səbəbi açıqlandı

Bu hal tibbdə autoimmun şizofreniya kimi tanınır

arrow Ətraflı
Ədliyyə Nazirliyi: "Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb" like
  • 19 Dek 19:53  
Digərləri Ədliyyə Nazirliyi: "Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb"

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəb

arrow Ətraflı