Bu il Azərbaycanın meyvə və tərəvəz ixracı artıb
Digərləri 19 Dek 2025 19:45:00 98 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 807.4 milyon ABŞ dolları dəyərində 762.2 min ton meyvə və tərəvəz ixrac edilib.
Bu xəbəri də oxu: Azərbaycanlı bankir Fransadakı villasını 17 milyon avroya satır
Son.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28.6 faiz, həcm baxımından isə 24.9 faiz çoxdur. Belə ki, 2024-cü ilin 11 ayında meyvə və tərəvəz ixracı 610 min ton, dəyər ifadəsində isə 628 milyon dollar təşkil edib.
2025-ci ilin 11 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3.45 faiz, qeyri-neft məhsullarının ixracında payı isə 24.34 faiz olub. 2024-cü ilin yanvar-noyabr aylarında bu göstəricilər müvafiq olaraq 2.58 faiz və 20.32 faiz səviyyəsində qeydə alınıb.
Məhsullar üzrə müqayisə aparıldıqda, kartof ixracı 2024-cü ilin 11 ayında 48.3 min ton və 20.5 milyon dollar olduğu halda, 2025-ci ildə 71.1 min ton və 28.3 milyon dollar səviyyəsinə yüksəlib. Tomat ixracı ötən ilin müvafiq dövründə 129.8 min ton və 155.4 milyon dollar, cari ilin 11 ayında isə 158.3 min ton və 175.4 milyon dollar təşkil edib.
Meşə fındığı ixracı həcm baxımından 2024-cü ildə 18.3 min ton, 2025-ci ildə isə 17.4 min ton olub. Bununla belə, dəyər ifadəsində ixrac 115.9 milyon dollardan 150.5 milyon dollara yüksəlib. Alma ixracı ötən ilin 11 ayında 84.4 min ton və 53.2 milyon dollar, cari ildə isə 93.9 min ton və 65.9 milyon dollar olub.
Xəbər verdiyimiz kimi meyxanaçı Kərim bu gün vəfat edib.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Bakıda gənc qız hündürmərtəbəli binadan yıxılıb.
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi
Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirl
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üç�
Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zor
Azərbaycan dili üzrə bilik səviyyəsinə uyğun sertifikat verilməsini hüq
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış "Milli Au
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Ə
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi il
Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqq
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə K
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə mə
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərinə pilotsuz uçuş aparatı d
