Elektron siqaret qadağası ertələnir Yaza qaldı
Digərləri 19 Dek 2025 14:51:00 54 0
Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir.
Bu xəbəri də oxu: Goranboyda yük maşınları toqquşub, xəsarət alan var
Son.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda "Tütün və tütün məmulatı haqqında" qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
"Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün məmulatlarının istifadəsi təqdir və ya təşviq olunur. Bu, qətiyyən belə deyil! Çünki mövcud qanunvericilik aktları əhalinin sağlamlığının mühafizəsi məqsədilə istisnasız olaraq tütün və tütün məmulatlarının bir tərəfdən reklamını qadağan edir, digər tərəfdən də onların istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan maddələri özündə ehtiva edir.
Birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Məlumat üçün bildirmək istərdim ki, 3 komitənin birgə iclasından sonra yeni rejimə mərhələli uyğunlaşma ilə bağlı elektron siqaret bazarının iştirakçıları tərəfindən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə çoxsaylı müraciətlər daxil olub.
Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla, qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik.
ABŞ Prezidenti Donald Trump övladlarına qoyduğu qadağalardan danışıb.
Hazırda şəkərli diabet xəstələrinin vahid reyestrinin yaradılması üzə
Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın d�
Türkiyənin məşhur sənətçisi Bülent Ersoy özü üçün xüsusi məzar ha
"Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı ümumi �
1300 ton həcmində "A95" markalı Azərbaycanın benzini daşıyan 22
Son günlər vətəndaşlar xəstəxanaya getmədikləri halda "e-tabib&quo
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Мədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar müəy
"Tibb sahəsində korrupsiya hüquqpozmaları 24,2 % azalıb".
Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi Azərbaycanın daxili işlər
"Qızım, bacım gəlib efirə çıxıb məzarımda ağlamayacaqlar"
Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyini
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib.
"Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb".
