Yusif az qala, Şəkinin yarısını alıbmış... Evlər, obyektlər, maşınlar...
Digərləri 18 Dek 2025 09:23:00 65 0
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb.
Bu xəbəri də oxu: Hər gün bir stəkan içən qocalmır
Son.az xəbər verir ki, qafqazinfo.az Şəkili Yusifin üzərinə məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının siyahısını əldə edib.
Az qala, Şəkinin yarısını "alıbmış"
Siyahıdan görünür ki, Yusif Baqiyevin özünün, həyat yoldaşının və digər yaxın qohumlarının adına rəsmiləşdirilən əmlakların böyük hissəsi Şəki şəhərində yerləşir. Şəhərin demək olar ki, hər küçəsində olan sərvəti təxminən 5 milyon manat qiymətləndirilir.
- Bəxtiyar Vahabzadə, Səmədbəy Mehmandarov, Məmməd Şərif Həmidov, Fuad Əbdürahmanov, Mikayıl Müşfiq, Şah İsmayıl Xətai küçələri, eləcə də İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə prospektlərində yerləşən fərdi yaşayış evləri, villalar və mənzillər;
- Ayrı-ayrı yerlərdə çoxsaylı torpaq sahələri;
- Qeyri-yaşayış sahələri (obyektlər);
- Qoxmuq kəndində böyük ərazini əhatə edən ayrıca qeyri-yaşayış sahəsi.
Bakı və Abşerondakı mülklər
Şəkili Yusifin paytaxt və Abşeron ərazisində də xeyli sayda əmlakı müəyyən edilib:
- Səbail rayonu, Badamdar qəsəbəsində bir neçə mənzil;
- Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Ş.Qurbanov küçələrində, həmçinin Saray və Hökməli qəsəbələrində yerləşən çoxsaylı mənzillər, bağ evləri və torpaq sahələri.
- "Lamborghini Urus" və "Mercedes-Benz G63 AMG" (müvafiq olaraq 400 min manata yaxın və 332 350 manat qiymətləndirilir-red) markalı lüks avtomobillər.
Bu siyahıda Şəkili Yusifin məhkəmə qərarı ilə həbs qoyulan əsas əmlaklarının adları yer alır. Amma bunlardan əlavə də çoxsaylı mülkər var ki, prokurorluqda onların da cinayət yolu ilə qazanılmış pullar hesabına alındığına əsaslı şübhələr yaranıb.
Hazırda cinayət işi üzrə məhkəmə araşdırması gedir. İttihamda yazılıb ki, Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvləri qanunsuz əldə olunmuş pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsini müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırıblar.
Türkiyənin ASELFLIR-600 kimi elektrooptik və kəşfiyyat sistemlərinin inki�
İstanbul Respublika Baş Prokurorluğunun apardığı narkotik vasitələrlə b
Keçmişdən qalan bu vərdiş bu gün bizə qəribə bir sehr kimi görünə bi
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən bur
Bir çox insan səhər yeməyinin boş buraxılmasının gün ərzində daha bol
"Balenciaga" brendinin viral olan məşhur tayt formalı çəkməsind�
Kefirdəki bakteriya immun sistemin yaşlanmasını ləngidir.
Texnologiya mütəxəssisləri ictimaiyyətə telefon korpuslarından istifadən
Kanadalı alimlərin araşdırmasına görə, kondisioner istifadə edən yaşl�
Goranboy rayonunda 81 yaşlı kişinin yaşadığı mənzildən 7 min manata yax
Narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində test nətic
Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatının Ba
Dünya futbolunun canlı əfsanəsi Lionel Messi Hindistana səfəri çərçivə
Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqlar
